• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Müttəfiqlik Bəyannaməsi dövlət suverenliyimizi və təhlükəsizliyimizi daha da möhkəmləndirən tarixi sənəddir

  • 24.02.2022, 17:48, Baxış sayı:
  • 328
Müttəfiqlik Bəyannaməsi dövlət suverenliyimizi və təhlükəsizliyimizi  daha da möhkəmləndirən tarixi sənəddir
Bu gün ölkəmizin geosiyasi həyatında önəmli hadisələr baş verməkdədir. Xüsüsilə fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması Azərbaycanın növbəti diplomatik qələbəsi, uğurudur. Çünki, bununla Rusiya ilə ölkəmizin yüksəksəviyyəli əlaqələri yeni inkişaf tendensiyası qazanır. Xüsusi vurğulamaq lazımdır ki, hər iki dövlət rəhbərlərinin arasında qarşılıqlı hörmət və etimad mövcuddur. Bu amil, eyni zamanda, hər iki ölkə arasında münasibətlərin ən üst səviyyəyə yəni, müttəfiqlik Bəyannaməsinin imzalanmasına gətirib çıxarmışdır. Nəzərə almaq lazımdır ki, Rusiya təkcə bölgənin deyil, dünyanın ən nəhəng ölkələrindən, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir.”
Məlumdur ki, Azərbaycan və Rusiya arasında çox sıx mədəni, humanitar və iqtisadi əlaqələr mövcuddur ki, bu əlaqələri də daha da genişləndirmək Moskvada imzalanmış bu mühüm tarixi sənəddə öz əksini tapıb. Belə ki, Vətən müharibəsindən sonra Azərbaycan bölgədə yeni münasibətlər sisitemi yaratmışdır ki, burada da əsas oyunçular isə Azərbaycan, Türkiyə və Rusiyadır. İkinici Qarabağ müharibəsindəki Qələbəmizi siyasi-diplomatik cəbhədə də möhkəmləndirmək əlbəttə ki, çox vacib hadisədir. Rusiya ilə müttəfiqlik Bəyannaməsi Azərbaycan-Rusiya əlaqələrini keyfiyyətcə yeni mərhələyə çıxarmaqla mövqelərimizi daha da gücləndirir. BMT-nin Nizamnaməsinə və digər beynəlxalq sənədlərə, norma və prinsiplərə tam uyğun hazırlanmış sənəddir. Uzun müddət idi ki, bu sənədin hazırlıq prosesi həyata keçirilirdi. Dövlət başçımız tərəfindən bunun anonsu artıq bir neçə dəfə verilmişdir. Bəyannamədə öz əksini tapan bir çox mühüm sahələr var. Burada iqtisadi, ticari, humanitar və digər həyatın sferalarında bir çox sahələrdə qarşılıqlı əməkdaşlıq öz əksini tapmışdır. Bəyannamədə qarşılıqlı olaraq dövlət suverenliyinə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, eyni zamanda, ölkələrin bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək kimi öhdəliklər götürülmüşdür ki, bu da Moskva Bəyannaməsində nəzərdə tutulan ən vacib məqamlardan biridir. Eyni zamanda, xüsusi vurğulamaq lazımdır ki, Bəyannamədə məhz əks olunub ki, hər iki ölkə müstəqil siyasət yürüdür. Həmçinin sənəddə 10 Noyabr 2020-ci il tarixli, 11 Yanvar 2021-ci il tarixli və 26 Noyabr 2021-ci il tarixli Üçtərəfli Birgə imzalanmış sənədlər də öz əksini tapmışdır ki, bu da Ermənistan üzərinə əlavə təzyiq forması kimi qiymətləndirmək olar. Yəni Ermənistan sadaladığım bu 3 sənədin maddələrini təcili və qeyri-şərtsiz icrasını təmin etməlidir.
Təəssüf ki, bəzi qaragüruhçu siyasi qruplaşmalar bu Bəyannamənin mahiyyətini ya anlamırlar ya da bilərəkdən təhrif etməyə, bununla da çaşqınlıq yaratmağa çalışırlar. Guya ki, Moskva Bəyannaməsi Azərbaycanın müstəqilliyinə təhdiddir, milli-maraqlarına uyğun gəlmir. Bəyannamənin bütün bəndlərini oxuduqda bir daha əmin oluruq ki, bu qruplaşmalar Azərbaycanın növbəti diplomatik qələbəsini dünyada artan nüfuzunu həzm edə bilmirlər. Moskva Bəyannaməsini oxuyan hər kəs açıq şəkildə görə bilər ki, bu sənəd Azərbaycanın milli maraqlarına tam uyğundur. Azərbaycanın müstəqilliyini, dövlət suverenliyini, təhlükəsizliyimizi daha da möhkəmləndirir.

Afiq Ağayev,
H.Z.Tağıyev adına 7 saylı Sabirabad şəhər
tam orta məktəbinin müəllimi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter