• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şuşa bəyannaməsi iki ölkənin zəfəri kimi də qiymətləndirilə bilər

  • 24.06.2021, 21:55, Baxış sayı:
  • 383
Şuşa bəyannaməsi iki ölkənin zəfəri kimi də qiymətləndirilə bilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çər­çivəsində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” hər iki qardaş ölkənin milli maraqlarından irəli gəlir.
Bu tarixi sənəd iki qardaş ölkənin liderlərinin birgə yorulmaz fəaliyyətinin və böyük işinin təntənəsidir və bu sənəd eyni zamanda, iki ölkənin zəfəri kimi də qiymətləndirilə bilər. Çünki bu sənəd iki qardaş ölkə arasında münasibətlərin ən uca zirvəsini təmin edir. Bu sənəddə bir çox məsələlər öz əksini tapıb. Birincisi, hər zaman Azərbaycan və Türkiyə qardaşlığı bütün dünyaya nümunə kimi təqdim olunurdu. Əlbəttə ki, bu sənəddən sonra bütün sahələrdə olan münasibətlər daha da dərinləşəcək və bundan sonrakı mərhələdə daha sıx əməkdaşlıq mühiti yaranacaq.
Bu bəyannamə bir çox sahələrdə daha sıx əməkdaşlığı özündə əks etdirən tarixi bir sənəddir ki, bu da 100 il bundan əvvəl tarixi Qars sənədinin yeni və daha böyük formatıdır. Burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları da öz əksini tapır. Sənəddə hərbi əməkdaşlıq ən vacib məqamlardan biridir və istənilən təhdidin, təcavüzün qarşısının alınması üçün birgə fəaliyyətin həyata keçirilməsi üçün hüquqi baza yaradır. Bu müttəfiqlik Azərbaycan ərazilərinə Ermənistandan səslənən iddialara son qoyur, revanşist mövqe artıq əhəmiyyətini tam itirir.
Eyni zamanda, hərbi sənaye sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Türkiyə dünya çapında hərbi sənaye sahəsində qabaqcıl ölkələrdən biridir. Bu baxımdan, gələcək ordu quruculuğumuz üçün bu cür əməkdaşlıq böyük əhəmiyyətə malikdir. Diaspora, media sahəsində əməkdaşlıqla bağlı sənəddə öz əksini tapmış məqamlar Türkiyə və Azərbaycan qardaşlığının reallıqlarının bütün dünyaya çatdırılması, dünyada təbliğ olunması və milli mənafeyimizin müdafiə olunması baxımından olduqca böyük əhəmiyyətə malikdir. İqtisadi baxımdan da sənəddə əksini tapmış məqamlar iki qardaş ölkə arasında mövcud potensialın daha səmərəli faydalanmağa imkan verəcək.
Füzuli PAŞAYEV,
QMƏVŞA İctimai Birliyinin Sabirabad rayon təşkilatının sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter