Şabirabadda əhalinin COVID-19 pandemiyasına qarşı vaksinasiyası davam edir
- 10.02.2022, 10:16, Baxış sayı:
- 247
Facebook
Вконтакте
Одноклассники
Google+
Şabirabad rayonunda COVID-19 pandemiyasına qarşı vaksinasiya prosesi uğurla davam etdirilir.
Rayon icra hakimiyyətində yaradılan operativ qərargahdan verilən məlumatda bildirilib ki, Şabirabadda əhalinin bu təhlükəli virusa qarışı vaksinasiyası Gənclər Mərkəzində, habelə 6 kənd həkim və tibb məntəqəsində aparılır. Bu günədək 87509 nəfərə 1-ci doza, 75280 nəfərə 2-ci doza, 35410 nəfərə isə 3-cü doza vaksin vurulub.
COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində vaksinasiya prosesinin əhəmiyyəti barədə əhali arasında geniş təbliğat işləri aparılır.