• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezident mesaj verdi ki, vaksinləşmədə hər birimiz aktiv olmalıyıq

  • 18.01.2022, 11:09, Baxış sayı:
  • 287
Prezident mesaj verdi ki,  vaksinləşmədə hər birimiz aktiv  olmalıyıq

Seymur QƏNİYEV,

həkim

Bir müddətdir ki, Azərbaycan cəmiyyətində yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə “buster” doza peyvəndləmə ilə bağlı müzakirələr gedir. Prezident İlham Əliyev Azərbaycan televiziyalarına verdiyi müsahibədə cəmiyyətə mesaj verdi ki, prosesdə hər birimiz aktiv olmalıyıq. Hazırki məqamda “buster” doza ilə vaksinasiya çox önəmli məsələdir. Cənab Prezident xüsusilə vurğuladı ki, özü də “buster” doza peyvəndlənib. Prezidentin davranışları Azərbaycan xalqı üçün nümunədir.
[/b]Azərbaycan COVID-19-la mübarizədə tədbirləri reallaşdırmasaydı, ölkədə vəziyyət ağır ola bilərdi. Nəzərə almaq lazımdır ki, ölkə əhalisinin 18 yaşdan yuxarı hissəsinnin iki doza peyvəndləməsi başa çatıb. İndi hər birimizin üzərinə düşən vəzifə “buster” dozanı vurdurmaqdır. Mən də koronavirus əleyhinə qüvvətləndirici doza vurdurmuşam və fürsətdən istifadə edərək, hər kəsi prosesdə aktiv iştiraka səsləyirəm. Ölkə vətəndaşları daha əvvəl də məsuliyyətini nümayiş etdirərək iki doza vaksini qəbul etdilər, indi də üçüncü doza ilə vaksinasiyada eyni məsuliyyəti nümayiş etdirməliyik. Bu, bizim sağlamlığımızla birbaşa əlaqəlidir. Proses, şükürlər olsun ki, sürətlə gedir və əminəm ki, tezliklə hədəfə çatacağıq.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter