Sabirabadlı kiçik Aynurun Böyük Ürəyi
- 02.11.2020, 12:21, Baxış sayı:
- 622
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəkildə gördüyünüz Sabirabad şəhər sakini 6 yaşlı Aynurdur. Atası ilə söhbət zamanı öyrəndik ki, anasını itirib. Aynur anası üçün dövlətdən aldığı 233 AZN müavinatı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.
Soruşanda deyir ki, "şəhid" və "əsgər" sözlərinin nə demək olduğunu yeni öyrənib. Rayona şəhidlərin gətirildiyini biləndən sonra atasına deyib ki, kömək edək, əsgərlər güc qazansın.
Vətən kiçikdən böyüyə belə vətəndaşların həmrəyliyi ilə var olur!