Maaş artımı dövlətin vətəndaşa göstərdiyi diqqət və qayğısıdır
- 23.12.2021, 17:15, Baxış sayı:
- 499
Facebook
Вконтакте
Одноклассники
Google+
Zülfiyyə ABUŞOVA,
Qaralar kənd tam orta məktəbinin
direktoru
Əmək haqlarının artırılması Prezident İlham Əliyevin Azərbaycan xalqına, ayrı-ayrı dövlət qurumlarında çalışan vətəndaşlara qarşı olan növbəti diqqət və qayğısıdır. Ölkədə müəyyən sahələrdə baş verən qiymət artımı ilə bağlı bir müddətdir ki, geniş müzakirələr aparılırdı. Bu sərəncamın imzalanması belə həssas məqamda cənab Prezident tərəfindən atılan növbəti uğurlu addımdır. Sərəncam bir çox kateqoriyalara aid olan vətəndaşları - həm müəllimləri, həm də ayrı-ayrı qurumlarda çalışanları əhatə edir.
Burada ən önəmlilərdən biri maaşların aşağı olduğu bir sıra sahələrdə əmək haqlarının artırılmasıdır. Həmin sahələrdə artım özünü daha geniş formada göstərir. Hesab edirəm ki, ən əhəmiyyətli sahələrdən biri elə təhsil sistemi, müəllimlərin maaşının artırılması ilə bağlıdir. Nəzərə almaq lazımdır ki, bu gün təhsil bizim üçün olduqca önəmlidir, çünki hər bir ölkənin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır.
Sərəncam əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılmasına verilən ciddi töhfədir. Cənab Prezident ötən il işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq və abadlıq işlərinin aparılmasına baxmayaraq, vətəndaşları yenə də unutmadı. Sübut olundu ki, vətəndaşlar daim diqqətdə saxlanılır və maaşları artırılır.
Bir müəllim kimi hesab edirəm ki, hər bir vətəndaş bunu yüksək qiymətləndirməlidir. Bu, dövlətin vətəndaşına verdiyi diqqət və qayğının göstəricisidir. Həmçinin nəticədə, Azərbaycanda dövlətə olan inam və etimad daha da möhkəmlənəcək. Bizim qarşımızda duran ən böyük məsuliyyət isə ölkə rəhbərinin ərtafında daha sıx birləşmək, qələbəmizi və müstəqilliyimizi möhkəmləndirməkdir.