Ölkəmizdə rabitənin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bu sahəyə xüsusi diqqət və qayğı göstərir, rabitə və informasiya-kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirirdi. Ölkə iqtisadiyyatında ilk xarici investisiyaların məhz telekommunikasiya sahəsinə qoyulması da Heydər Əliyevin uğurlu strategiyasının nəticəsi idi.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev İKT sektorunun, informasiya və biliklər iqtisadiyyatının inkişafını ölkəmizdə prioritet sahə elan edib. Azərbaycanda bu sahənin inkişafı ilə bağlı milli strategiyalar, strateji yol xəritələri, dövlət proqramları, qanunvericilik aktları qəbul edilib.
Dünyada ən dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda prioritet sahə olmaqla, daim dövlət qayğısı ilə əhatə edilib. Hazırda ölkəmizdə, həmçinin rayonumuzda rabitənin inkişafı ilə bağlı kompleks işlər aparılır.
Sabirabad Telekommunikasiya Qovşağı 1 şəhər Elektron Avtomat Stansiyası (EATS) üzrə 4558 nömrə, 23 kənd EATS-i üzrə 4368 nömrə olmaqla əhaliyə telefon, internet və digər rabitə xidmətləri göstərir.
Cari ilin 9 ayı ərzində 486 telefon şəkilişi aparılmış, bundan 72-si MEATS-ın xidməti ərazisində, 414 telefon kənd EATS-lərin xidməti ərazisində çəkilmişdir. 9 ay ərzində, 343 abunəçinin qoşulması təmin olunmaqla rayon üzrə internet istifadəçilərinin sayı “Aztelekom.net” provayderi üzrə 4770-ə çatdırılmışdır. Abunəçilərin internetə olan təlabatı nəzərə alınmaqla avadanlıqların alınması təmin olunmuş, quraşdırma işləri aparılmışdır.
Hazırda Sabirabad TKQ-nın Mərkəzi EATS-nın xidməti ərazisində müasir genişzolaqlı xətt şəbəkəsi olan GPON texnologiyasının prespektinə uyğun 9100 nəfəri əhatə edən layihə işləri görülür.
Əminəm ki, birgə əməyimiz nəticəsində bundan sonra daha böyük nailiyyətlərə imza atmaqla bizə göstərilən etimadı önəmli işimizlə layiqincə doğruldacağıq.
[b]İntiqam QURBANOV,
Sabirabad TKQ-nin rəis vəzifəsini müvəqqəti icra edən.