• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

ZƏFƏR GÜNÜNÜN ən böyük amnistiya aktı

  • 30.11.2021, 10:17, Baxış sayı:
  • 301
ZƏFƏR GÜNÜNÜN ən böyük amnistiya aktı
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis noyabrın 5-də “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul etdi. Bu, şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azadetmə institutlarının dairəsinə görə Azərbaycanın tarixində tətbiq edilən ən böyük amnistiya aktıdır. Zəfər amnistiyası 17 min nəfər şəxsə şamil olunub.


Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra ölkəmizdə insanlıq və humanizm prinsiplərinə xidmət edən xeyirxah tədbirlərin çox şahidi olmuşuq.
Bu sırada cəzasının müəyyən bir hissəsini çəkən və törətdiyi əməldən peşmançılıq keçirən məhkum olunmuş şəxslərin əfv edilməsi, bağışlanması, onlara yeni şans verilməsi artıq uzun illərdir ki, ənənəyə çevrilib. Bu ənənənin təməlini qoyan Ulu Öndər Heydər Əliyev əfvetmə institutunu da yaradıb, onun təşəbbüsləri ilə bu sahədə bir sıra tədbirlər həyata keçirilib.
Ulu Öndər tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmçinin 1993-2003-cü illərdə 7 dəfə amnistiya elan edilib. Bu mənada Ulu Öndər Heydər Əliyevin şəxsiyyətini dahi insan, əsl lider kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri də onun humanistliyi, cinayət törətmiş və bu əməlindən səmimi peşmançılıq keçirən şəxsləri bağışlaması idi.
Təbii ki, cinayət cəzasız qalmamalıdır. Hər bir cinayətin layiqli cəzası olmalıdır. Cəza hüququnun reallaşdırılmasında ədalətə söykənmək də Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətinin əsas qayələrindən biridir.
Onu da qeyd edək ki, Azərbaycanda bərqərar olan humanizm siyasətinin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırılıb. Respublikamızın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Əvvəlcə 1993-cü ildə ölüm hökmü üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib. Xatırladaq ki, cəmi bir il hakimiyyətdə olmalarına baxmayaraq, AXC-Müsavat iqtidarı bir neçə nəfərə ölüm cəzası vermək üçün imkan tapmışdı.
Heydər Əliyevin əsasını qoyduğu humanizm ənənələri Ulu Öndərin adına layiq şəkildə davam etdirilməkdədir. Prezident İlham Əliyev hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edir, Ulu Öndərin əsasını qoyduğu bu ənənəni yaşadır və inkişaf etdirir. Dövlət başçısı əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib. Səmərəli fəaliyyəti ilə böyük nüfuz qazanmış əfvetmə və bağışlama institutu şəxsiyyətə inam və hörmət, insanpərvərlik ideyalarının cəmiyyətdə geniş yayılmasına kömək göstərir.
Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə baglı müraciətləri daim nəzərə alınıb. Bundan irəli gələrək İlham Əliyevin imzaladığı əfv fərmanları ilə ailə vəziyyəti və həbsxanadakı davranışı nəzərə alınaraq neçə-neçə məhkum cəzasının çəkilməmiş hissəsindən tam və ya qismən azad edilib, cəzaları yüngülləşdirilib, minlərlə ailəyə sevinc bəxş edilib. Əfv fərmanlarında törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirən məhkumların islah olunaraq layiqli vətəndaş kimi cəmiyyətə qovuşması, bir daha cinayət əməli törətməməsi əsas məqsəd kimi nəzərdə tutulub.
Xatırladaq ki, Milli Məclis 2007-ci ildə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, 2009-cu ildə Novruz bayramı münasibətilə, 2013-cü ildə Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə və 2016-cı ildə 28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarlar qəbul edib. Bütün bu amnistiya qərarlarının təşəbbüskarı isə Heydər Əliyev Fondunun prezidenti, o zaman Milli Məclisin deputatı olan Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva olub.
İndiyədək həyata keçirilən 11 amnistiya aktı 117 min 770 şəxsə şamil edilib. 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı isə genişmiqyaslı olması ilə seçilir. Bu amnistiya aktı penitensiar xidmət üzrə 5800 məhkuma, probasiya xidməti üzrə isə 8800 nəfərə şamil edilib. Hazırkı amnistiyanın fərqi həm də ondan ibarətdir ki, bu akt qanuni qüvvəyə minməmiş hökmlərə və istintaq mərhələsində olan işlərə də aid edilib. Amnistiya aktının icrası aidiyyəti orqanlar tərəfindən dörd ayda başa çatdırılacaq. Artıq Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib ki, amnistiya indiyədək 1400-dək şəxsə şamil olunub.
Sonuncu amnistiya aktı dövlətimizin humanist siyasətinin növbəti təzahürüdür. Bu qərar Zəfər gününün birinci ildönümündə cəmiyyətimizin bayram əhvali-ruhiyyəsini daha da yüksəltdi, neçə-neçə ailəyə səadət, sevinc bəxş etdi. Amnistiya aktına əsasən cəzadan azad edilmiş şəxslər müasir Azərbaycan dövlətinin layiqli vətəndaşı olacaq, qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklər.
“Muğanın səsi”

Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter