• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

MƏKTƏBLƏRDƏ ZƏFƏR GÜNÜ TƏDBİRLƏRİ

  • 11.11.2021, 15:31, Baxış sayı:
  • 443
Sabirabad rayon Təhsil Şö­bəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 8 noyabr-Zəfər Günü ilə bağlı tədbirlər təşkil olunub.
Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və Şöbənin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş seminarlar, mühazirələr, “Açıq dərs”lər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.
Tədbirlərdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Vətən müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açılıb. Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, təhsil müəssisələrində, həmçinin Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub.
Eləcə də təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş yaradıcılıq müsabiqələri (rəsm, inşa, şeir, mahnı, əl işləri), intellektual oyunlar təşkil edilib.
Zəfər Günü ilə bağlı məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyaları da keçirilib.

“Muğanın səsi”

MƏKTƏBLƏRDƏ ZƏFƏR GÜNÜ TƏDBİRLƏRİ
MƏKTƏBLƏRDƏ ZƏFƏR GÜNÜ TƏDBİRLƏRİ
MƏKTƏBLƏRDƏ ZƏFƏR GÜNÜ TƏDBİRLƏRİ
MƏKTƏBLƏRDƏ ZƏFƏR GÜNÜ TƏDBİRLƏRİ
MƏKTƏBLƏRDƏ ZƏFƏR GÜNÜ TƏDBİRLƏRİ
MƏKTƏBLƏRDƏ ZƏFƏR GÜNÜ TƏDBİRLƏRİ
MƏKTƏBLƏRDƏ ZƏFƏR GÜNÜ TƏDBİRLƏRİ
MƏKTƏBLƏRDƏ ZƏFƏR GÜNÜ TƏDBİRLƏRİ
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter