Ümumi təhsil müəssisələrində yay məktəbi iyunun 30-dək davam edəcək
- 23.06.2021, 22:17, Baxış sayı:
- 570
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu il Təhsil Nazirliyi iyun ayının 16-dan 30-dək ödənişsiz, könüllü əsaslarla ümumi təhsil müəssisələrində iki həftəlik yay məktəbləri təşkil edib. Burada hər hansı bir qiymətləndirmə həyata keçirilməyəcək.
Mövcud vəziyyətlə əlaqədar olaraq 2020-2021-ci tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edilib. Pandemiya şəraitində məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratdı. Şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə ümumi təhsil müəssisələrində iyunun 16-dan yay məktəbi fəaliyyət göstərir.
Sabirabad rayon Təhsil şöbəsindən bildirilib ki, iyunun 30-dək davam edəcək yay məktəbi ərzində dərslərin sayı və qrafikində şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınıb. Yay məktəbində bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil edilib. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir.
/Muganinsesi.az/
