• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sürətli bərpa və quruculuq işləri Azərbaycanın gücünün göstəricisidir

  • 08.10.2021, 15:54, Baxış sayı:
  • 259
Sürətli bərpa və quruculuq işləri Azərbaycanın gücünün göstəricisidir
Ölkə Prezidenti İlham Əliyevin qalib ölkənin Lideri kimi Cəbrayıl rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə bir sıra mühüm məqamları qeyd edərək bildirmişdir ki, «Tarixi Zəfərimiz nəticəsində bölgəmizdə yeni reallıqlar yarandı. Bu reallığı Azərbaycan yaratdı. Bir daha bu əminlik yaranır ki, uzun illərin siyasi, diplomatik səyləri nəticəsində Qələbəyə nail olan Azərbaycan gələcəkdə də bölgədə formalaşacaq əməkdaşlıq formatlarının müəllifi olacaq. Azərbaycan müstəqil siyasət aparan ölkədir. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi. Öz mövqeyindən bir addım da belə geri çəkilməyən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu tariximizin Zəfər səhifəsini yazdı və bu gün bu səhifələri vərəqləyərək torpaqlarımızın işğaldan azad olunduğu tarixləri qeyd edir və bundan qürur hissi keçiririk.
Azərbaycan müstəqil dövlət olduğunu, müstəqil siyasət yürütdüyünü atdığı hər addımında təsdiqləyir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan qonşuları ilə, bütün başqa ölkələrlə müstəqil siyasət əsasında münasibətlər qurur. Heç kim ölkəmizin daxili işinə qarışa bilməz. Bu gün diqqət yetirsək, Ermənistanın nə qədər havadarı olduğunu görərik. İşğalçı ölkəni dəstəkləyən nə qədər ölkələr var. Bu, onların suveren işidir. Baxmayaraq ki, bu dəstək, havadarlıq nəticəsində işğalçı dövlət 30 ilə yaxın dövrdə torpaqlarımızı işğal altında saxlayıb, ərazilərimizi yerlə-yeksan edib, Azərbaycan xalqının bu yerlərə qayıtmayacaqları barədə xəyallar qurmalarına dəstək olublar. Azərbaycan bu dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd yanaşmalarını ədalətsizlik kimi dəyərləndirsə də, onların işğalçı dövlətlə münasibətlər qurmasına narazılığını dilə gətirməyib. Bu, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan xarici siyasətinin təqdimatıdır.
Müzəffər Ali Baş Komandanın Tərtər rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndində, həmçinin Cəbrayıl rayonunda bir sıra sosial obyektlərin açılışında və təməlqoyma mərasimində iştirakı da hazırkı dövrün reallıqlarının nədən ibarət olduğunu açıqladı. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərlərimizin baş planları hazırlanır. Ağdam və Şuşanın baş planı artıq təqdim edilib. Cənab İlham Əliyev Cəbrayıl rayonuna səfəri çərçivəsində şəhərin bərpasının təməl daşını qoyub. Tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərinə başlanılması göstərdi ki, Azərbaycan döyüş meydanında, siyasi müstəvidə istənilən gücünü göstərmək, çətin sınaqlardan çıxmaq təcrübəsinə malik qüdrətli ölkə kimi öz torpaqlarının sahibidir. Dövlət başçısının bu ərazilərimizə səfərlərində infrastruktur layihələrinin uğurlu icrasına xüsusi önəm verilməsi diqqətdən kənarda qalmır. Prezident İlham Əliyevin Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışında, Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyulmasında iştirakı da yol infrastrukturunun yenilənməsinə göstərilən diqqətin tərkib hissələridir. Bu da öz növbəsində yaxın gələcəkdə işğaldan azad edilmiş rayonlarımızın inkişafına öz müsbət təsirini göstərəcək.
Postmünaqişə dövrünün əsas reallıqlarından, çağırışlarından biri Azərbaycan dövlətinin Ermənistana təklif etdiyi sülh müqaviləsidir. Hələ qarşı tərəf bununla bağlı konkret fikrini bildirməyib. Cənab İlham Əliyev bir daha Ermənistanda revanşist qüvvələrə bu xəbardarlığı etdi ki, ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Əgər bir daha Azərbaycana qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz.

Afiq Ağayev,
H.Z.Tağıeyv adına 6 saylı Sabirabad şəhər tam orta
məktəbinin tarix müəllimi, «Tərəqqi» medallı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter