• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bizə cavab verirlər. Pərvin Məmmədlinin sosial müavinəti bərpa olunub

  • 07.10.2021, 10:20, Baxış sayı:
  • 433
Bizə cavab verirlər.  Pərvin Məmmədlinin sosial müavinəti bərpa olunub
“Muğanın səsi” ictimai-siyasi qəzetinin 27 aprel 2021-ci il tarixli 30-cu nömrəsində dərc edilmiş “I qrup əlil oğlum Pərvin Məmmədliyə verilən sosial müavinət dayandırılıb. Hansı səbəbdən?” sərlövhəli vətəndaş müraciətində qaldırılan məsələnin həlli ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab istəmişdik.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyəti sədrinin müavini Mətanət Məmmədovanın imzası ilə aldığımız cavab məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya,
Sabirabad rayon sakini Məmmədli Pərvin Səyyad oğlunun sağlamlıq imkanlarının məhtudluğunun qiymətləndirilməsinə köməklik göstərilməsi ilə əlaqədar 28.04.2021-ci il tarixli 21 nömrəli məktubunuza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxıl­mışdır.
Bildiririk ki, P.Məmmədliyə 19.04.2021-ci il tarixdən 3 il müddətinə sağlamlıq imkanlarının məhtudluğu statusunun təyin olunması barədə qərar qəbul edilmişdir.
Nəzərə almağınız xahiş olunur”.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter