• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Birgəyaşayış regionun qaçılmaz gələcəyidir

  • 07.10.2021, 09:59, Baxış sayı:
  • 297
Birgəyaşayış regionun qaçılmaz gələcəyidir
Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın "EFE" informasiya agentliyinə müsahibəsi Avropa və erməni diasporunun kifayət qədər güclü olduğu Latın Amerikası regionu başda olmaqla, beynəlxalq ictimaiyyətə reallığı bir daha qavramaq üçün mühüm bələdçi oldu. 44 günlük müharibə göstərdi ki, nə diaspor, nə də beynəlxalq havadarları təcavüzkar Ermənistanı Azərbaycanın "dəmir yumruğ"ndan qoruya bilmədi və Azərbaycan birmənalı üstünlüklə İrəvanı kapituliyasiyaya məcbur etdi. Bütün imkan və güc vasitələrinə malik olmasına baxmayaraq Azərbaycan Ordusu ölkənin beynəlxalq hüquqla müəyyənləşmiş sərhədlərindən kənara çıxmadı.
Azərbaycan bu gün Prezident İlham Əliyevin müsahibəsində də qeyd etdiyi kimi, mən sizin tamaşaçılarınız üçün dırnaqarası müharibə əsirləri məsələsinə aydınlıq gətirmək istəyirəm. Beynəlxalq konvensiyalara əsasən, belə şəxslər müharibə zamanı saxlanılmış və ya əsir götürülmüş insanlardır. Müharibə zamanı saxlanılmış bütün şəxslər müharibə başa çatan kimi tərəfimizdən dərhal qaytarılıb. Əslində, biz onları Ermənistan bizim əsirləri qaytarmamış geri vermişik.
Ermənistan və bəziləri tərəfindən “müharibə əsirləri” adlandırılan bu adamların işğaldan azad olunmuş ərazilərə noyabrın sonunda - müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra göndərildiyini qeyd edən dövlətimizin başçısı onların törətdiyi cinayətlər barədə məlumat verib və deyib. Buna baxmayaraq, biz bu müddət ərzində onların bəzilərini geri qaytardıq ki, bu da xoş məramın göstəricisi idi.
Prezident İlham Əliyev müsahibəsində Ermənistan tərəfindən işğal altında olmuş keçmiş ərazilərdə basdırılmış minaların xəritələri məsələsindən də danışıb. İlkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Bu yaxınlarda bəzi xəritələr təqdim edilib, lakin həmin xəritələrin dəqiqliyi yalnız 25 faizdir. Beləliklə, bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq xəritələr təqdim etsin. Bunu etsələr, xoş niyyət nümayiş etdirsələr, biz buna adekvat cavab verəcəyik.
Hər şeydən öncə başa düşülməlidirlər ki, bu gün regionda siyasi durum kifayət qədər həssasdır və bölgədə istənilən fəaliyyət yalnız bu vəziyyət nəzərə alınaraq həyata keçirilə bilər. Əks halda xoş niyyət belə, Cənubi Qafqazda fəlakətə yol aça bilər. Bu mənada, rəsmi Bakı üçün tərəfdaşı hesab etdiyi Avropa İttifaqının İrəvana münasibətdə addımları anlaşılmazdır. Bildiyimiz kimi, istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin hüdudları daxilində aparılıb. Bütün hallarda ziyan və dağıntı yalnız Azərbaycan ərazilərini əhatələyib. Belə bir şəraitdə Avropa İttifaqının Ermənistan üçün 2,6 milyard avro həcmində iqtisadi yardım etməyə hazırlaşması təəccüb doğurur. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin müsahibədə gündəmə gətirdiyi və narahatlığını ifadə etdiyi məsələlərdən biri bu yardımla bağlı əsassız yanaşma oldu. Dövlət başçısı haqlı olaraq həmin həcmdə məbləğin eyni şərtlərlə işğaldan əziyyət çəkmiş tərəfə - Azərbaycana da təklif edilməli olduğunu bildirdi. Azərbaycan bütün hallarda nəinki öz tərəfdaşlarına, hətta, münaqişə davam etdiyi dövrdə belə Ermənistanın özünə də həmişə dürüst davranıb. Bu gün rəsmi Bakının tələbi ədalətlidir ki, Avropa İttifaqı da bizə qarşı özünü dürüst aparmalıdır. Xüsusən nəzərə alsaq ki, Avropa üçün heç nə vəd etməyib, yalnız siyasi dilənçiliklə məşğul olan, daim nəsə uman Ermənistandan fərqli olaraq Avropa İttifaqı üçün Azərbaycan əsas enerji ehtiyatlarının sabit və etibarlı təhcizatçısıdır. Bundan başqa, Avropa İttifaqı qaz təhcizatının həcminin artırılmasında maraqlıdır. Bu mənada ölkə başçısının mövqeyi qəti oldu ki, "biz Avropa İttifaqı ilə təmaslarımızı davam etdiririk və onlardan bizə iqtisadi dəstəklə əlaqədar təklif gözləyirik.

Füzuli Paşayev,
Qarabağ Əlilləri İctimai Birliyi
Sabirabad rayon təşkilatının sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter