• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

BMT tribunasından uzun illərdir sərgilənən sistemli və prinsipial mövqe

  • 29.09.2021, 14:56, Baxış sayı:
  • 308
 BMT tribunasından uzun illərdir sərgilənən sistemli və prinsipial mövqe
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində videomüraciət formatında çıxışında növbəti dəfə prinsipial mövqe nümayiş etdirdi, önəmli və aktual məsələlərə toxundu, çağırışlar etdi.
Bu, Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsindən sonra Prezidentin dünya ictimaiyyətinə Müzəffər Ali Baş Komandan kimi BMT-də ilk dəfə müraciəti idi. Azərbaycan Prezidenti çıxışında Ermənistanın 30 il ərzində apardığı işğalçılıq siyasəti, etnik dözümsüzlük, müharibə dövrü ermənilərin insanlığa qarşı cinayətləri, postmüharibə dövründə Cənubi Qafqazda təzahür edən yeni reallıqlar, Ermənistanın davam etdirdiyi destruktiv siyasət haqqında danışaraq, həqiqətləri bir daha dünya ictimaiyyətinə çatdırdı. Eyni zamanda, dövlət başçısı beynəlxalq çağırış olmaqda davam edən COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizin apardığı qlobal fəaliyyət haqqında iclas iştirakçılarını məlumatlandırdı.
Prezident İlham Əliyevin BMT çıxışı erməniləri təşvişə saldı, öz çıxışında erməni faşizmini ifşa etdi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı, etnik təmizləmə siyasətini, faşizm ideologiyası əsasında dövlət siyasəti qurduqlarını faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Ölkə başçısı tərəfindən bir daha BMT tribunasından Ermənistanın regionda dayanıqlı sülhə maneə olduğu vurğulandı: “Dağlıq Qarabağ ifadəsi gündəmdən çıxıb. Azad olunmuş ərazilər Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına daxil edilib. Prezident də çıxışında bu məsələyə xüsusi diqqət ayırdı. BMT-yə üzv dövlətlərə və BMT Katibliyinə ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımından qərəzli və manipulyasiya xarakterli adların ifadəsinə yol verməməyə çağırış edildi”.
Prezident İlham Əliyevin “Ötən ilin sentyabrında BMT Baş Assambleyasının sessiyasında çıxış edərək, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və Ermənistan hökumətinin təcavüzkar bəyanatları və hərəkətləri ilə bağlı məsələni qaldırdım. Bu gün, bir il sonra, Ermənistanın döyüş bölgəsində məğlub olduğunu və Azərbaycanın işğala son qoymasını söyləməkdən qürur duyuram” bəyanatı olduqca aktual və reallıqları əks etdirən tezisdir. Məsələ bundadır ki, düz 1 il əvvəl BMT-nin 75-ci Sessiyasında Azərbaycan dövlət başçısı müharibənin başlama ehtimalını yüksək qiymətləndirmiş, bölgədə eskalasiyanın artmaması üçün dünyanı xəbərdar etmişdi. “Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə Prezident bir il əvvəl bildirmişdi.
BMT-nin ötənilki sessiyası zamanı BMT-ni, ələlxüsus Təhlükəsizlik Şurasının Minsk qrupundakı təmsilçilərini xəbərdar edən Azərbaycan bir neçə gün sonra Ermənistanın hərbi təcavüzü ilə üzləşdi, bu təcavüzə cavab olaraq başlanan Vətən müharibəsi Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmaları ilə nəticələndi.
Prezidentin nitqində Azərbaycanın ədalətli mövqedə olduğunu, BMT TŞ-nın qətnamələrini öz gücü ilə icra etdiyini söylədi: “Azərbaycan bundan sonra da ədalətli mövqedə olacaq. Zəngəzur dəhlizinin və kommunikasiyaların açılmasına xidmət edəcək addımlar atacaq. Sözsüz ki, sərhədlərin delimitasiya və demarkasiya olunması kimi vacib məsələlər həll edilməlidir”.
Azərbaycan dövlət başçısı ilk gündən eyni mövqedə olub, prinsipial olaraq mövqeyindən dönməyib, Ermənistana və dünya birliyinə problemin dinc həlli yolunu göstərib, amma bu çağırışlar cavabsız qalıb. Nəticədə isə Vətən müharibəsi zamanı Ermənistan məğlub edilib, bölgədə yeni reallıq yaranıb. Ermənistan və beynəlxalq güclər isə artıq yeni reallıqla barışmaq məcburiyyətindədir.

Əli HÜSEYN,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter