Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı Azərbaycan dövlətinin əsas vəzifəsidir. 44 günlük müharibə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusunun tam qələbəsi ilə başa çatdı. Bu müharibə Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı, dünya hərb tarixində isə yeni səhifə açdı. Torpaqlarımız düşmən tapdağından azad oldu, haqq – ədalət bərpa edildi. Artıq işğaldan azad olunmuş torpaqlarda abadlıq işləriniə başlanılıb. Amma çox təssüf ki, müharibələr qurbansız olmur.
Ona görə də müharibədən sonra fəsadları aradan qaldırmaqla yanaşı zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hər tərəfli qayğı dövlətin ən əsas vəzifələrindəndir. Bu istiqamətdə də dövlət tərəfindən təsis edilmiş müxtəlif təyinatlı fondlar, həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir.
Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda bizə şanlı Zəfər qazandıran qəhrəman və qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu təbəqədən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.
İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək. Vətən Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslər mənzillərlə təmin edilməkdə davam edir.
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə etdiyi hücumlar nəticəsində yüzlərlə ailə evsiz qalmış , 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Buna görə də Cənab İlham Əliyev bununla bağlı əhaliyə kömək edilməsi qərarını vermişdir. Müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməkdə davam edir. Yüzdən çox mülki şəxs, onların arasında qadınlar və uşaqlar həlak olmuşlar və minlərlə insan öz əmlakını itirmişdir. Ona görə bu gün bu işlər hələ də görülməkdə davam edir, minlərlə ev inşa edilir.
Bəli artıq Azərbaycan xalqı qalib xalqdır. Biz bu qalib və mübariz xalqın bir parçasıyıq. Azərbaycan xalqı uzun illərdir torpaqlarımızın geri qaytarılacağı günü səbirsiliklə gözləyirdilər. Sonunda 44 gün davam Vətən müharibəsi ərzində Ali Baş Komandan cənab İlham Əliyevin siyasəti və qəhrəmanlarımızın şücaəti ilə bu gün artıq əhalimiz ayaqlarını öz torpaqlarına rahatca qoya bilirlər.
Biz uzun illər ərzində deyirdik ki, nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qısasını aldı.
Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmamışdır. Bu qələbəyə bütün dünya şahid oldu. Hətta müxtəlif ölkələrdən gələn jurnalistlər, müxbirlər bunların canlı şahidi oldular və bu hadisəni bütün dünyaya çatdırdılar. Biz 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdik.
Afiq Ağayev,
H.Z.Tağıyev adına 7 saylı Sabirabad şəhər
tam orta məktəbinin müəllimi