• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Xarıbülbül” festivalı: Dünyaya sülh və tolerantlıq mesajları

  • 24.05.2021, 11:07, Baxış sayı:
  • 430
“Xarıbülbül” festivalı: Dünyaya sülh və tolerantlıq mesajları
Tarixən Qarabağ bölgəsinin mərkəzi hesab olunan Şuşa özünün tarixiliyi, mədəniyyəti, görkəmli şəxsiyyətləri və strateji əhəmiyyəti ilə daim Azərbaycan dövlətinin və xalqının diqqət mərkəzində olub. Təsadüfi deyil ki, 1977-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdı. Elə bu strateji əhəmiyyətinə görə idi ki, Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan 1992-ci il mayın 8-də Şuşa şəhərini tutmaqla demək olar ki, Qarabağı işğal etmək istəyinə nail oldu.
“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 17 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparan Prezident İlham Əliyev buna nail oldu. Bütün müharibələrdə olduğu kimi, İkinci Qarabağ müharibəsinin taleyini də strateji bir hədəf həll edirdi ki, bu da Şuşa idi. Məhz buna görə 44 günlük müharibədə çox böyük uzaqgörənlik nümayiş etdirən müzəffər Ali Baş Komandan İlham Əliyev döyüşən ordunun böyük hissəsini Şuşa istiqamətində səfərbər etdi. Şuşa qələbəsindən sonra azğın düşmən ağ bayraq qaldıraraq təslim oldu, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı, hələ azad olunmamış üç rayonla yanaşı, bir neçə kəndimizi boşaltmaq öhdəliyini üzərinə götürdü və Zəngəzur dəhlizinin açılmasına razılıq verməyə məcbur edildi.
“Xarıbülbül” festivalı ilə 30 il ərzində vəhşi və işğalçı düşmənin əsarəti altında inildəyən Şuşanın yerləşdiyi dağlarda və meşələrdə artıq bədbəxtlik gətirən silah səsləri deyil, yenidən şux muğam və musiqi səsləri əks-səda verməyə başladı. Bununla da Azərbaycan həm regiona, həm də bütün dünyaya göstərdi ki, işğalçı və təcavüzkar Ermənistandan fərqli olaraq o, sülh, sabitlik, təhlükəsizlik və mədəniyyət kimi bəşəri dəyərlərin tərəfdarıdır. Azərbaycan bəyan etdi ki, monoetnik Ermənistandan fərqli olaraq, multikultural dəyərlərə, tolerantlığa və hər bir xalqın milli-mədəni irsinə hörmət prinsiplərinə sadiqdir. Qalib dövlətin Prezidenti və müzəffər ordunun Ali Baş Komandanı İlham Əliyev Şuşadan regiona və dünyaya bir sıra sülh çağırışları etdi. Azərbaycan bu festivalla bəyan etdi ki, regionun təhlükəsizliyi, stabilliyi və inkişafı üçün sülhə hazır olmaqla yanaşı, həm də sülhün təminatçısı kimi çıxış etmək iqtidarındadır.
Zamanında xalqının mütləq Şuşaya və digər işğal edilmiş ərazilərə qayıdacağını və buna nail olmağı özünün varisinə vəsiyyət etməklə Ümummilli Lider Heydər Əliyev və onun bu vəsiyyətini uğurla həyata keçirməklə İlham Əliyev əsl dövlət xadimi və ictimai xadim olduqlarını sübuta yetirmiş oldular.
Prezident İlham Əliyev indi də işğaldan azad edilmiş ərazilərin bərpası üçün böyük əzm və iradə ilə çalışmaqla bir daha uzaq gələcəyə hesablanmış addımlar atan, uzaqgörən siyasətçi olduğunu, bununla da dövlətə və dövlətçiliyə xidmət etdiyini bir daha nümayiş etdirir.

Fərid Qurbanzadə,
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter