• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan Dövlət İqtisad Universitetinin ilk azərbaycanlı professoru

  • 10.02.2021, 11:12, Baxış sayı:
  • 851
Azərbaycan Dövlət İqtisad Universitetinin ilk azərbaycanlı professoru
Unutsaq unudularıq
Bəybala Aslan oğlu Xankişiyev
İqtisadiyyat üzrə fəlsəfə doktoru, professor,
Azərbaycan Respublikasının əməkdar iqtisadçısı
Bəybala Xankişiyev 10 oktyabr 1939-cu ildə Sabirabad rayonunun Qalağayın kəndində anadan olmuşdur. 1956-cı ildə orta məktəbi bitirdikdən sonra Maliyyə və Kredit Kollecinə daxil olmuşdur.
Texniki məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Sığorta İdarəsinin Sığorta Təftiş Sabirabad filialının baş mühasibi vəzifəsində işə başlamışdır. Sonra Bakı şəhərinin Kirov rayonunun Dövlət Sığorta Şirkətinin müfəttişliyinə köçürülmüşdür.
1960-cı ildə Bakı Dövlət Universitetinə (İqtisad fakültəsinə) daxil olmuşdur. Universiteti bitirdikdən sonra Azərbaycan İqtisadiyyat İnstitutunda aspiranturaya qəbul olunmuş və 1974-cü ildə məzun olmuş və dissertasiyasını müdafiə etmişdir.
1963-cü ildə Bakı Axşam Neft Texnikumunda Həmkarlar İttifaqının sədri, 1966-cı ildə DOSAF-da Təftiş Komissiyasının, iki dövr (1975-ci ildən 1995-ci ilə qədər) Ali, Elm və Maarif işçiləri həmkarlar ittifaqının Respublika Komitəsində Təftiş Komissiyasının sədri seçilmişdir.
1976-cı ildə dosent vəzifəsində çalışmışdır. 1979-cu ildə SSRİ Dövlət Təhsil Komitəsinin və Həmkarlar İttifaqının “Əlaçı” döş nişanı ilə təltif edilib, 1989-cu ildə isə Fəxri fərmana layiq görülüb.
1975-ci ildə Ali və Orta Təhsil naziri Qurban Həsən oğlu Əliyevin təşəbbüsü ilə plan-maliyyə idarəsinə rəis vəzifəsinə irəli çəkilib və 1993-cü ilə qədər orada işləyib.1981-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibliyinin qərarı ilə Nazirliyin Kollegiyasının üzvü olub. Bu işdə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin şəxsi razılığını xüsusi qeyd etmək lazımdır.
1988-ci ilə qədər Azərbaycan Təhsil Nazirliyinin kollegiya üzvü kimi əmək fəaliyyəti olub.
1990-cı ildə ona Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının “Fəxri iqtisadçısı” adı verilib.
1988-ci ildə SSRİ-də Təhsil sahəsində köklü islahatlar keçirildi. Maarif, Ali və Orta İxtisas Təhsili Nazirliyi və Texniki Peşə Təhsili Komitəsi ləğv edilərək mövcud baza üzərində Respublika Xalq Təhsili Nazirliyi yaradıldı. O, yeni yaranan Təhsil Nazirliyinin iqtisadiyyat idarəsinin rəisi vəzifəsinə təyin olundu.
Bəybala müəllim Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Maliyyə Nəzarəti”, “Sığorta işinə dövlət nəzarəti” və s. mövzularda dövlət qulluqçularına mühazirələr oxumuş,“Audit”, “Maliyyə və uçot”, “Audit və iqtisadiyyat” və s. jurnallarda müxtəlif mövzularda elmi yazılarla çıxış etmişdir.
1991-ci ildə professor adını almışdır
1996-2003-cü illərdə Azərbaycan Respublikası Standartlaşdırma Komissiyasının Auditorlar Palatasının üzvü,1999-cu ildən sığorta nəzarəti orqanının müdiri - Azərbaycan Maliyyə Nazirliyinin Sığorta nəzarəti üzrə Baş İdarəsinin rəhbəri vəzifəsində çalışıb.
1999-2010-cu illərdə "Maliyyə və Mühasibat" jurnalının və "Audit" jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Türkiyə, Rusiya, Fransa, Yaponiya və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda və seminarlarda iştirak etmişdir.
İki dərslik, 12 tədris vəsaiti, 12 tədris və 100-dən çox elmi məqalənin müəllifidir, 4 aspirant hazırlamışdır.
Bəybala Xankişiyev 2015-ci ilin martın 21-də vəfat etmişdir.
Allah rəhmət eləsin.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter