Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildi
- 24.06.2021, 21:58, Baxış sayı:
- 384
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi kökləri var.
Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdə onu tanıyan ilk dövlət məhz Türkiyə olmuşdur. Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr isə 1992-ci ildə yaradılmışdır. Bu gün isə Azərbaycan - Türkiyə münasibətləri özünün ən yüksək zirvəsindədir. Müqəddəs Vətən müharibəsi dövründə də Türkiyənin həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer alması, erməni işğalından azad olunan torpaqlarımızda ilk rəsmi səfərdə olan dövlət başçısının məhz Türkiyə Republikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın olması bunun bariz nümunəsidir.
İki liderin bu dəfəki görüşü isə əhəmiyyətli hadisə kimi tarixə düşdü.
44 günlük Vətən müharibəsində qazandığımız Qarabağ Zəfəri dünyada və regionda yeni reallıq yaratdı. Zaman keçdikcə bu reallıq daha aydın görünəcək, həm region, həm də dünya ölkələri bundan faydalanacaqdır.
İki qardaş ölkə arasında imzalanan Müttəfiqlik haqqında bəyannamə ilə Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu bir daha bütün dünyaya bəyan etdi. Bu Bəyannamə ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildi və iki ölkə arasındakı münasibətlərin yeni mərhələsi başlamış oldu.
Qarabağı işğaldan azad edən Azərbaycan xalqı tarixi ədaləti bərpa edib. Bütün bu proseslərdə Azərbaycanın haqq səsini dünyaya çatdıran və dəstək olan Türkiyə işğaldan azad olunmuş ərazilərin, erməni vandalizmə məruz qalmış binaların, Azərbaycana məxsus tarixi abidələrin, Azərbaycan mədəniyyətinə aid maddi-mənəvi sərvətlərin bərpası zamanı da yanımızda olacaq, həm də keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına töhfə verəcəkdir.
Tofiq QULIYEV
Nizami kənd həkim
məntəqəsinin müdiri