• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

ŞƏHİDLƏRİMİZ. HƏR ZAMAN QƏLBİMİZDƏDİR

  • 24.06.2021, 22:21, Baxış sayı:
  • 463
ŞƏHİDLƏRİMİZ.  HƏR ZAMAN QƏLBİMİZDƏDİR
Məmləkətimizin hər yerindən olduğu kimi, Sabirabad rayonundan da igid oğullarımız Vətənimizin bu günü, sabahı üçün ürəklərini məşəl edərək, Vətən müharibəsində düşmənə həddini qandırdılar, qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə yüksəldilər. Onlardan biri də Zamin Balakişiyevdir.
Sabirabad rayonunun Qaralar kəndindən olan Zamin Dadaş oğlu Balakişiyev 27 aprel 2001-ci ildə dünyaya gəlmişdir. Qaralar məktəbində təhsil almışdır. 2019-cu ilin yaz çağırışında həqiqi hərbi xidmətə yollanmışdır. Tərtər rayonunda “N” saylı hərbi hissədə xidmət etməyə başlamışdır. Ötən il sentyabrın 27-də digər igid oğullarımız kimi, Zamin Balakişiyev də Vətən müharibəsində iştirak etmişdir. O, Qarabağ uğrunda gedən doyüşlərdə igidlik və şücaət göstərmişdir. Zamin Balakişiyev uzaq məsafədən açılan snayper atəşi ilə başından ağır yaralanaraq Gəncə şəhər Mərkəzi Xəstəxanasına aparılmışdır. Burada ilk əməliyyat keçirən Zamin sonra Bakı Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilmişdir. Koma vəziyyətində qalan Zaminin səhhətində irəliləyiş olmamış, aradan keçən beş ay müddətdə dəyişməz qalmış, şəhidlik zirvəsinə yüksələrək, 8 mart 2021-ci ildə doğulub boya-başa çatdığı Qaralar kəndində torpağa tapşırılmışdır.
Zamin Balakişiyev “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Allah rəhmət eləsin.
Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan xalqı ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin səyi nəticəsində hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Ali Baş Komandanın qətiyyəti, müzəffər ordumuzun gücü və xalqımızın iradəsi ilə 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində erməni faşistlərindən azad edildi.
Tarixi Qələbənin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Artıq dünya liderimiz və xalqımız arasında necə möhkəm və sarsılmaz inamın olduğunun şahidi oldu. Qələbə ruhumuz, müzəffər Azərbaycan Ordusunun gücü, dünyaya səs salan qətiyyəti heç zaman unudulmayacaq.
Elçin NƏSİB
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter