Azərbaycan Türkiyə Cümhiyyətinin dəstəyinui hər zaman hiss edib. Istər ötən əsrin əvvəllərində müstəqillik qazandığımız zaman, istəsə də ikinci dəfə müstəqilliyimizi elan etdiyimaz vaxt qardaş Türkiyə yanımızda olub. Ikinci Qarabağ Müharibəsinin başlandığı ilk saatlardan Türkiyə Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etdi və bildirdi ki, biz qardaş Azərbaycanın haqq işini dəstəkləyirik və hər zaman onun yanında olacağıq.
Prezident İlham Əliyev iki ölkə arasında yaradılan güclü müttəfiqlikdən danışaraq qeyd edib ki, bundan sonra atılacaq bütün addımlar bu münasibətlərə uyğun olmalıdır.
Vətən müharibəsi zamanı rəsmi Ankaranın verdiyi siyasi və mənəvi dəstək Azərbaycanda tez-tez xatırlanır. Xalq bu birliyi, bu qardaşlığı heç bir zaman unutmayacaq.
Qardaş Türkiyənin təhsil sistemi dünya standartlarına cavab verir və bu sahədə əməkdaşlığın inkişafı prinsipial məsələlərdəndir. Gənc nəsil elə yetişdirilməlidir ki, onlar birgə fəaliyyət göstərməyi bacarsınlar, vahid maraqlar çərçivəsində hərəkət etsinlər.
İşğaldan azad olunmuş ərazilərin bərpası işlərində Türkiyənin təcrübəsi ölkəmiz üçün çox önəmlidir. Bərpa olunacaq şəhərlərin Baş Planı hazırlanır və həmin planda təhsil müəssisələri də öz yerini tapmalıdır. Bildiyiniz kimi, artıq Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin yenidən tikilməsi üçün təməli qoyulmuşdur. Daha bir təməlqoyma mərasimi Türkiyə tərəfindən təklif olunan bir hədiyyə kimi Prezident Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində olacaqdır.
Azərbaycan üçün indi önəmli təhsil sahələrindən biri peşə təhsilidir. Bu sahədə işlər davam etdirilir. Işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması və gələcəkdə xidmət göstərilməsi sahəsində bizim peşə təhsilinə böyük ehtiyacımız olacaqdır. Odur ki, həmin sahələrdə tələb olunacaq peşə sahiblərini indidən yetişdirməyə başlamalıyıq.
Azərbaycanın həqiqi tarixinin öyrənilməli və təbliğ olunmalıdır. Yeni təhsil proqramlarda, orta məktəblərdə və ali məktəblərdə tədris olunacaq tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınmalıdır. Bu bizim şanlı və şərəfli tariximizdir.
Dilavər QULİYEV,
şəhid atası