• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ərdoğan parlamentdə tarixi bir çıxış etdi

  • 23.06.2021, 22:01, Baxış sayı:
  • 359
Ərdoğan parlamentdə  tarixi bir çıxış etdi
Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə tarixi bir çıxış etdi. Cənab Ərdoğan tarixi Zəfərə imza atmış Azərbaycan dövlətinin Mədəniyyət paytaxtı olan Şuşaya səfərinin ardınca Milli Məclisə gəldi. Qardaş Türkiyə Prezidenti bu səfər boyu təəssüratlarını, əldə edilmiş tarixi qələbənin qiymətini, bundan sonrakı proseslərlə bağlı fikirlərini parlamentarilərlə bölüşdü.
Ərdoğan çıxışında ermənilərin 30 il ərzində törətdiyi barbarlığı, vandalizmi gözləri ilə gördüyünü vurğuladı.
Bildirdi ki, bu, misli-bərabəri olmayan bir cinayətdir. Ermənilər 30 il müddətində işğal etdikləri Azərbaycan ərazilərində daşı-daş üstə qoymayıb. Hər şeyi dağıdıb, məhv edib. Qardaş ölkənin prezidenti işğal dönəmində azərbaycanlılara məxsus mədəni, dini, tarixi abidələrin məhv edilməsindən də bəhs edib.
Cənab R.T. Ərdoğan parlamentdəki çıxışında artıq bölgədə yeni bir reallıq yarandığını da bildirdi. Qardaş ölkə rəhbəri Azərbaycan dövləti və cənab Prezident İlham Əliyevlə birlikdə bu regiona yeni əməkdaşlıq mühitinin gətirilməsindən bəhs edib. Vurğulayıb ki, bu konteksdə uduzan tərəf olmayacaq. Əməkdaşlıq mühitindən bütün tərəflər qazanacaq. Burada sözsüz ki, Ermənistanın da mövcud durumdan çıxmaq imkanı yarana bilər. Nəticə etibarı ilə bundan bütün dünya da qazanclı çıxmaq şansı əldə edəcək. Cənab Ərdoğan altıtərəfli əməkdaşlıq platformasının yaradılması ilə bağlı Prezident İlham Əliyevlə birlikdə çox ciddi təşəbbüslərlə çıxış etdiyini də parlamentarilərin diqqətinə çatdırıb. Bildirilib ki, Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanın iştirakı formatında mühüm platforma formalaşacaq.
Xatırladaq ki, Türkiyə Prezidenti Azərbaycana Brusseldəki NATO toplantısından gəlmişdi. Cənab R.T.Ərdoğan NATO toplantısında da məsələlərə məhz bu cür yanaşıb. Türkiyə dövlətinin mövqeyi bir daha ifadə olunub. Qarabağda bərpa prosesində qardaş Türkiyə yaxından iştirak edəcək. Nəticədə bu bölgəyə sülh və əməkdaşlıq gələcək. Məhz Şuşa Bəyannaməsi nəticəsində iki qardaş ölkə arasında bütün sahələr üzrə əlaqələrin inkişafı üçün yeni bir dövr açılacaq. Bu, bir yol xəritəsidir.
Rəqibə QULİYEVA,
H.Z. Tağıyev adına
6 saylı şəhər tam orta məktəbinin müəllimi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter