• 11:00 – “Zəngəzur dəhlizinin açılması barədə razılığa gəldik” - İlham Əliyev 
  • 10:40 – İlham Əliyev Brüsseldən bütün dünyaya ELAN ETDİ: Ermənistan... 
  • 15:33 – ABŞ Prezidenti Cozef Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib 
  • 15:19 – Şuşada 3 ölkənin parlamentarilərinin iclası keçirilir 
  • 15:03 – İlham Əliyev Brüsselə işgüzar səfərə gedib 

"Putinlə danışdıq, sülhməramlılarsız Qarabağ..." - Ərdoğan

  • 14.01.2021, 08:46, Baxış sayı:
  • 120
"Putinlə danışdıq, sülhməramlılarsız Qarabağ..." - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün Teleqram kanalında Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarına dair məlumat yayıb.

“Yeni Sabah” xəbər verir ki, prezidentlər Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə ediblər.

"Bu gün Rusiya Prezidenti Putinlə telefon danışığımız oldu. Cənab Putin ilə Türkiyə və Rusiya əlaqələrinin gücləndirilməsinə dair çağırışlara yönəlik addımları müzakirə edib, Dağlıq Qarabağ mövzusundakı gəlişmələr ilə atəşkəsə nəzarət olunmasına yönəlik türk-rus ortaq mərkəzinə dair dəyərləndirmələr apardıq.

Türkiyənin bölgədə sabitliyi qoruyacağını və hər cür dəstəyi verməyimizin lazım olduğunu, sülh adına yeni dövrün başladığını söylədik.

Dağlıq Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmadan birlikdə mövcudluğu təmin edəcək şərait yaratmaq istəyirik. Belə olduqda, inşallah, bir daha dünyaya Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərəcəyik", - Ərdoğan bildirib.
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter