Əməkdaşlığın inkişafı olduqca faydalıdır
- 07.06.2021, 22:24, Baxış sayı:
- 437
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Türkiyə hər zaman bütün məsələlərdə Azərbaycanın yanında olmuş, dəstəyini əsirgəməmişdir. Türkiyə müharibə başlayan andan Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmiş, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk gündən bəyanatlarla çıxış edərək Azərbaycanın yanında olduğunu bildirmişdir.
Qardaş ölkə ilə Azərbaycan arasında elə bir sahə yoxdur ki, o sahədə əməkdaşlıq edilməsin. Bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlıq yüksək səviyyədə inkişaf etdirilir. Bu səbəbdən, iki ölkə arasında elə bir güclü müttəfiqlik yaranmışdır ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalı və bir-birlərinə sıx bağlı olmalıdırlar. Bu məqsədlə qardaş ölkələr arasında yaxın gələcəkdə müxtəlif tədbirlər-gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlərin keçirilməsi artıq zərurətə çevrilmişdir. Ölkə rəhbəri Türkiyə Milli Təhsil Naziri Ziya Səlcuku qəbul edərkən çixişında qeyd etdiyi kimi “ölkələrimiz arasındakı əməkdaşlıq xalqlarımızın gələcəyinə xidmət etməlidir”.
Təhsil sahəsində əməkdaşlığın inkişafı olduqca önəmlidir. Çünki gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün iki ölkə arasında çox önəmli addımlar atılmalı, yeni layihələr işlənib həyata keçirilməli, Azərbaycan Türkiyə təhsil təcrübələrindən yararlanmalıdır. Təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-biri ilə daha sıx bağlı olması ilə əlaqədar əlavə tədbirlər həyata keçirilməlidir.
Türkiyə təhsil təcrübəsindən yararlanmaq ölkəmiz üçün çox önəmli və faydalı olacaqdır. Artıq işğaldan azad olunmuş şəhərlərdə yeni məktəblərin tikintisi işlərinin aparılması üçün Dövlət rəhbəri zəruri tədbirlərin həyata keçirilməsi üçün göstəriş vermiş, Şuşa və Ağdam şəhərlərində ermənilər tərəfindən dağıdılmış məktəblərin təməli qoyulmuşdur.
Maya
QƏHRƏMANOVA,
təqaüdçü müəllimə