Azərbaycanda bu şəxslərə 265 MANAT PUL VERİLƏCƏK - QƏRAR İMZALANDI
- 29.01.2021, 19:06, Baxış sayı:
- 606
Facebook
Вконтакте
Одноклассники
Google+
Baş nazir “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarda dəyişiklik edib.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili, ali təhsil müəssisələrini və AMEA-nı bitirdikləri zaman müvafiq təhsil müəssisəsinin və ya AMEA-nın xərclər smetası hesabına 265 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar. İndiyədək bu məbləğ 27,5 manat olub.