• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

«Xəzərdən Dunaya» sənədli filminin qəhrəmanı

  • 06.05.2021, 10:21, Baxış sayı:
  • 273
«Xəzərdən Dunaya» sənədli filminin  qəhrəmanı
Zülfəli Əliyev 1922-ci il iyun ayının 1-də Sabirabad rayonunun Qaralar kəndində anadan olmuşdur. 1942-ci ilin yanvar ayında əsgər paltarı geyinərək Vətənin müsəlləh əsgərinə çevrilən Zülfəli Əliyev yenicə yaradılmış azərbaycanlılardan ibarət 223-cü atıcı diviziyanın sıravi döyüşçülərindən olmuşdur. Onun döyüşdüyü 223-cü diviziya 30 ay ərzində 5 min kilometrdən çox döyüş yolu keçmişdir. Diviziya öz döyüş yolunda 50-dən artıq çay aşmış, düşmənin 45 min döyüşçüsünü məhv etmiş, 4 min 350 nəfərini isə əsir almışdır. Bu, 10 alman diviziyasının şəxsi heyəti demək idi. Diviziyanın zəfər yürüşündə Zülfəli Əliyevin xidmətləri böyük olmuşdur. O, 2 orden və 9 medalla təltif edilmişdir. Keçdiyi şərəfli döyüş yoluna həsr edilmiş «Xəzərdən Dunaya» sənədli filmi çəkilmişdir.
1945-ci ilin yanvar ayında Zülfəli Əliyev Macarıstan respublikasının faşistlərdən azad edilməsi zamanı Alpa dağında gedən şiddətli döyüşlərdə ağır yaralanaraq sağ qolunu itirdiyindən 1945-ci ilin may ayında ordudan tərxis olunmuşdur.
O, müxtəlif vəzifələrdə çalışmış, 1987-ci ildən ömrünün sonunadək rayon Böyük Vətən Müharibəsi Veteranları Şurasının sədri olmuşdur.
O, 1995-ci ilin aprelin 7-də Qələbənin 50 illiyi ilə əlaqədar Heydər Əliyevin müharibə veteranları ilə keçirdiyi görüşdə iştirak və çıxış etmiş, 1995-ci ildə 9 may Qələbə günü münasibətilə Ulu Öndər və 2005-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Moskvada keçirilən hərbi paradın iştirakçısı olmuşdur.
Zülfəli Əliyev Qafqaz dağlarının ətəklərindən Yuqoslaviyayadək şanlı döyüş yolu keçmiş, qələbə naminə şəxsi rəşadət və şücaət nümunələri göstərmiş, harada olmasından və işləməsindən asılı olmayaraq azərbaycanlı olduğunu heç vaxt unutmamış, xalqımıza həmişə başucalığı gətirmişdir. O, 2018-ci il iyulun 10-da ömrünün 96-cı ilində vəfat etmişdir. Allah rəhmət eləsin!

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter