• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Regionlarımız dinamik iqtisadi inkişaf yolundadır

  • 26.04.2021, 18:15, Baxış sayı:
  • 470
Regionlarımız dinamik iqtisadi   inkişaf yolundadır
Ordumuz 44 günlük müharibədə parlaq qələbə qazandı. Azərbaycanın Vətən müharibəsində tətbiq etdiyi yeni müharibə nümunəsi dünyada böyük əks-səda doğurdu. İkinci Qarabağ müharibəsi birmənalı şəkildə Azərbaycanın gücünü göstərdi. Azərbaycan XXI əsrin müharibəsini apardı. ABŞ, Almaniya, Böyük Britaniya və digər güclü hərbi potensialı olan ölkələr də İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənməklə öz ordularını müasir standartlara və tələblərə uyğunlaşdırmaq istəyirlər.
Azərbaycan Prezidentinin polad iradəsi, ordumuzun yenilməz gücü və əlbəttə ki, xalqımızın sarsılmaz birliyi və qardaş Türkiyənin mənəvi dəstəyi düşmənin belini qırdı. Bu möhtəşəm tarixi zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir.

Bir sözlə Vətən müharibəsi Zəfərlə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərlərində ermənilərin viran qoyduğu torpaqlarımızın bərpa ediləcəyini bildirdi. Dünya görəcək ki, güclü Azərbaycan dövləti dünyəvi, bəşəri dövlət olaraq torpaqlarını qorumağı da bacarır, onu əkib-becərməyi də, qurub-yaratmağı da. Ölkə başçısının əyalətlərə səfərlərində quruculuq proqramlarının həyata keçirilməsi istiqamətində qlobal işlər görüləcəyinə zəmin yaranır. Sevindirici haldır ki, belə proqramların gerçəkləşməsinin başlıca iştirakçısı yerli əhalidir.
Prezident İlham Əliyevin Hacıqabula səfəri də bu baxımdan tarixiləşəcək. Ölkə başçısının səfəri regionda sosial həyatın yenilənməsi, əhalinin rifahının yaxşılaşması istiqamətində konkret tədbirlər həyata keçiriləcəyinin zəmanətidir. Bu zəmanət ölkədə insan amilinə xüsusi diqqət yetirilməsinin zəmanətidir. Hər belə səfər həmin regionun inkişafında yaddaqalan yeniliklərlə nəticələnir.
Azərbaycan Prezidenti Hacıqabulda verdiyi müsahibədə dövlətçilik tariximizlə, dövlətçiliyimizlə bağlı olduqca diqqətçəkən bir məqama toxunmuşdur. Dövlət başçımızın çıxışı xalqın niyyətinin ifadəsi kimi dinlənilmişdir, ölkə xaricində də belə anlaşılacaqdır: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Ölkə başçısının bu səfəri də istər konkret regionda, istərsə də ölkə miqyasında sosial-iqtisadi inkişafın istiqamətlərini dəqiqləşdirəcək, nəzərdə tutulan inkişaf proqramlarının həyata keçirilməsini sürətləndirəcəkdir.
Hacıqabulun timsalında deyə bilərik ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilən və yüksək səviyyədə gerçəkləşdirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası respublikada qeyri-neft sektorunun davamlı inkişafına, kommunal xidmətlərin, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramından əvvəl bu istiqamətdə qəbul edilən (2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə) digər proqramların icrası dövründə ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən, qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə reallaşdırılan məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla, 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə açılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülən genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.
Aqrar sektorda ölkə başçısının təşəbbüsü ilə son illərdə olduqca mühüm proqramlar reallaşdırılmışdır. Müharibə şəraitində belə proqramların həyata keçirilməsi dövlətin iqtisadi inkişafının səviyyəsi ilə bağlıdır. Hacıqabula səfərində Azərbaycan Televiziyasına verdiyi müsahibədə ölkə başçısı aqrar sektorda görüləcək işlər haqqında demişdir: “Son bir neçə il ərzində kənd təsərrüfatına qoyulan iki milyard manat vəsait çox böyük vəsaitdir. Bu aqroparklar - “Aqro Dairy” və “Azərsun” aqroparkları son 4-5 il ərzində yaradılmışdır. Bütün ölkə üzrə aqroparklarda çalışanların sayı yeddi mini ötüb. Bunlar kəndlərdə yaşayan insanlar üçün iş yerləridir. Biz daxili istehsalı və qeyri-neft sektorunu stimullaşdırırıq. Mən həm “Aqro Dairy”da, həm də burada – “Azərsun” aqroparkında onları idarə edən şəxslərə tövsiyə etmişəm ki, azad olunmuş torpaqlarda, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın və bu istiqamətdə ilkin addımlar atılmaqdadır. Bu gün Hacıqabul rayonunda, eyni zamanda, Hacıqabul Sənaye Məhəlləsinin inkişafı ilə bağlı əlavə göstərişlər verilib. Əlavə beş müəssisə yaradılacaq. 2017-ci ildə mənim sərəncamımla yaradılmış bu Sənaye Məhəlləsi artıq beş müəssisəyə sahibdir. Onların açılışı bu gün olub”. Bu fikirlər ölkədə iqtisadi inkişafın parametrləri haqqında informasiya da verir, onun həyata keçiriləcəyi haqqında zəmanət də.
Yeri gəlmişkən, Azərbaycanda regional proqramların uğurla icrası aqrar sektorun inkişafını sürətləndirib. Bununla bərabər, Prezident tərəfindən ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən, pambıqçılığın inkişafı istiqamətində görülən tədbirlər, həmçinin istehsalçılara subsidiyaların verilməsi haqqında qəbul edilən qərarlar istehsal və ixrac potensialının artırılmasını, məşğulluq səviyyəsinin yüksəlməsini şərtləndirib.
Azərbaycan üçün ənənəvi sayılan pambıqçılıq dirçəlib. Görülən kompleks tədbirlər artıq tarixi maksimuma yenidən çatmağı şərtləndirib. Ötən il hər hektardan məhsuldarlıq 33,6 sentner təşkil edib.
Xatırladaq ki, Azərbaycanda pambıqçılığın inkişafı üçün mövcud dəstək mexanizmləri sırasına aqrotexniki dəstək, yəni, fermerlərin toxum, gübrə, pestisid, herbisid, dərmansəpən maşınlar, kultivasiya işini həyata keçirən texnikalarla təminatı, dövlət xətti ilə ölkəyə kifayət qədər ən müasir pambıqyığan kombaynların gətirilməsi, satışa yardım – tədarükçü şirkətlərin müqavilə əsasında məhsulun hər tonunu sortdan asılı olaraq 550-650 manata satın alması, subsidiyaların ayrılması daxildir. Dövlət fermerlərə pambıq sahəsinin hər hektarına görə 260 manat, təhvil verilən pambığın hər tonuna görə 100 manat subsidiya ödəyir. Subsidiyalar pambıqçıların “Fermer kartı”na köçürülür.
Hazırda kənd təsərrüfatının ən müasir texnologiyalar və elmi əsaslar üzərində inkişafı dövlətimizin başçısının aqrar siyasətinin mərkəzində duran məsələlərdən biridir. Aqroparkların yaradılması və fəaliyyəti məhz bu prinsiplərlə həyata keçirilir.
Yeri gəlmişkən, burada bir məqamı vurğulamaq istərdik. Belə ki, son 18 ildə respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Bütün bölgələrdə kənd yollarının tikintisi ilbəil daha da genişləndirilib. Həm sosial, həm də iqtisadi baxımdam mühüm önəm daşıyan həmin layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılıb. Təzə kənd yolları yerlərdə aqrar bölmənin əsaslı şəkildə inkişafına təkan verib, təsərrüfat məhsullarının bazarlara rahat və operativ şəkildə çatdırılmasına əlverişli şərait yaradıb. Kənd yollarının inşasının genişləndirilməsi məqsədilə büdcə vəsaiti ilə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə vəsait ayrılıb. Aprelin 20-də Hacıqabul – Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi də bunun əyani ifadəsidir.
Azərbaycan dünyəvi dövlət olaraq bütün sahələrdə dinamik inkişafdadır.

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter