Azərbaycan xalqının tarixində 2020-ci ilin ən böyük hadisəsi torpaqlarımızın erməni təcavüzkarlarından azad edilməsi və ikinci Vətən müharibəsinin qələbəmizlə başa çatması oldu.Sentyabrın 27–də başlanan və 44 gün davam edən müharibədə Azərbaycan ordusu döyüş meydanında mərdlik, şücaət və misilsiz qəhrəmanlıq göstərərək düşmənə layiqli cavab verdi və 30 illik torpaq həsrətimizə son qoyuldu.Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfər tariximizin şanlı səhifələri yazıldı. Azərbaycan xalqı bir daha özünü qəhrəman qürurlu bir xalq olaraq təsdiq etdi.
Düşmənə qarşı başlanan əks hərbi əməliyyatlar və hücumlar noyabrın 10- dək davam etdi və işğaldan azad olunmuş rayonlarda Azərbaycan bayrağı dalğalandı.Bu şanlı qələbə torpaqlarımızın müdafiəsi uğrunda həlak olan və şəhidlik zirvəsinə ucalan mərd, mübariz, vətənpərvər oğullarımızın,əsgərlərimizin qanı və canı bahasına əldə edildi.
Zəfər tariximizin şanlı səhifələrini yazan rəşadətli Azərbaycan Ordusunun sıralarında 44 nəfər sabirabadlı şəhidimiz də var.Onların xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq, daim hörmət və ehtiramla yad ediləcək. Şəhidlərimizin misilsiz qəhrəmanlığını,şərəfli döyüş yolunu tarixdə yaşatmaq,nümayiş etdirmək və gələcək nəsillərə çatdırmaq istiqamətində bu gün muzeylərin qarşısında mühüm vəzifələr durur.Gənclərin vətənpərvərlik tərbiyəsində torpağa, xalqa, Vətənə məhəbbət ruhunda böyüməsində müharibədə həlak olmuş əsgərlərimizin həyat və fəaliyyətinin təbliği mühüm əhəmiyyət kəsb edir. Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı sərəncamlarda da bu sahədə görüləcək işlər öz əksini tapmışdır. 3 dekabr 2020- ci il tarixdə Vətən Müharibəsi Memorial kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqıında qəbul edilmiş sərəncam bu sahəyə göstərilən diqqət və qayğının, şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiramın parlaq təzahürüdür.
Torpaqlarımızın düşməndən azad edilməsi uğrunda canını fəda etmiş,ölümləri ilə ölümsüzlük qazanmış şəhid övladlarımızın və qazilərmizin xatirəsini yaşatmaq və təbliğ etmək məqsədilə muzeyimizdə də tədbirlər planı tərtib edilmiş,sərgilərin,guşələrin təşkil oluması anım günlərilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.Bu məqsədlə də Vətən müharibəsində həlak olmuş şəhidlərin ailələrinə və qaziilərimizə müraciət edərək onlara məxsus şəxsi arxiv sənədlərinin (ali,orta ixtisas və peşə təhsili,hərbi xidmətdə olması haqqında sənədlər,döyüş səhnələrini əks etdirən fotolar,əsgər məktubları,qazandığı uğurlara aid təltiflər,hərbi geyimlər) və s.nümunələri muzeyə təqdim etmələri xahiş olunur.
Zəfər tariximizi yazan şəhidlərimizin əbədi həyat yolunu məhz bu gün yaşadan müqəddəs bir məkan muzeylərimizdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Şükufə ƏSGƏROVA, Tarix - Diyarşünaslıq
Muzeyinin direktoru,
“Əməkdar mədəniyyət işçisi”