Sabirabadda qəza zamanı xəsarət alan İmişli sakini dünyasını dəyişib
- 01.01.2021, 14:35, Baxış sayı:
- 611
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabadda qəza zamanı ağır xəsarət alan İmişli sakini dünyasını dəyişib.
“Muganinsesi.az”ın məlumatına görə, hadisə dekabrın 31-də Sabirabad-Saatlı yolunun Qalağayın kəndi ərazisindən keçən hissəsində qəza baş verib.
“VAZ 2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə Xaçmaz sakini, 1996-cı il təvəllüdlü İsmayılov Tərlan Süleyman oğlu və İmişli sakini, 28 yaşlı Şükürzadə Toğrul Cənnət oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
T. Şükürzadə aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.