• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Milli Prioritetlər proqramını alqışlayırıq

  • 07.02.2021, 13:47, Baxış sayı:
  • 466
Milli Prioritetlər proqramını alqışlayırıq
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi dövlətin idarə olunmasında strateji planlaşmanın təcəssümüdür. Milli Prioritetlər dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edən təşəbbüs olmaqla yanaşı, milli maraqlar və strateji planlamanın da vəhdətini təşkil edir. Biz proqramı alqışlayırıq.
Milli Prioritetlər dövlətin, cəmiyyətin və fərdlərin inkişafına xidmət edəcək. Aparılacaq iqtisadi islahatlar vətəndaşların sosial rifahını təmin edəcək, həmçinin inkişafdan hər birimiz bəhrələnəcəyik. Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amil olduğundan iqtisadiyyat inkişaf etdikcə hər birimizin sərvət və gəlirlərmizin, o cümlədən əməkhaqlarımızın artırılaraq layiqli səviyyə təmin olunacaq. 2030-cu ilə qədər həyata keçiriləcək Milli Prioritetlər dayanıqlı, dinamik və sosial ədalətə əsaslanan cəmiyyəti formalaşdıracaq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış baş tutacaq və Azərbaycan təmiz ətraf mühit ölkəsinə çevriləcək.
Fatma Hüseynova,
Sabirabad rayonu, Sosialist Əməyi Qəhrəmanı,
1 dərəcəli “Əmək” ordenli, Prezident təqaüdcüsü
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter