• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

QAZİ KÖMƏK İSTƏYİR

  • 03.02.2021, 07:58, Baxış sayı:
  • 465
QAZİ KÖMƏK  İSTƏYİR
QAZİ KÖMƏK  İSTƏYİR
Onlar Vətən uğrunda döyüşmüşlər


44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatması Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Bu qələbədə payı olan hər kəsə qayğı və diqqət göstərmək isə hər birimizin müqəddəs borcudur. Hazırda hərbi hospitallarda və mülki xəstəxanalarda qazilərimizin həyata qaytarılması üçün həkimlərimiz bütün güc və bacarıqlarını sərf edirlər. Ancaq elə yaralılarımız vardır ki, hələ də sağlamlıqlarını bərpa edə bilmirlər. Belə yaralılardan biri də 1996-cı ildə Sabirabad rayonunun Bulduq kəndində anadan olan Elməddin Hatəm oğlu Mehdiyevdir.
Elməddin Mehdiyev özünün söylədiyinə görə Hadrut döyüşlərində yaralanmış, Cəbrayılda əməliyyat olunmuşdur. Sonra Füzulidə və Şirvanda müalicə almışdır. Lakin bu müalicələrin xeyri olmamışdır. Hazırda evdədir. Sol ayağı işləmir, beli ağrıyır, rahat otura bilmir. Təkrar müalicəyə ehtiyacı var. Onun atası da xəstədir. I qrup əlildir. Beş nəfərdən ibarət ailə atanın təqaüdi ilə dolanır. Ailənin, qazinin problemləri ilə maraqlanan yoxdur.
Elməddin Mehdiyev səfərbərlik olanda ön cəbhəyə yollanmış, torpaqlarımızın düşməndən azad olunmasında canını fəda etmişdir. Zəngilanın, Qubadlının, Hadrutun düşmən işğalından xilas olunmasında qəhrəmanlıq göstərmiş, ölkə rəhbəri onu “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif etmişdir.
İnanırıq ki, dövlətimizin və xeyirxah insanların sayəsində Qarabağın azadlığı uğrunda qəhrəmanlıq göstərmiş Elməddin Mehdiyev müalicə olunaraq yenidən həyata qayıdacaq.

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter