• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İlham Əliyev: “Qırğızıstanın və Azərbaycanın bir çox şəhərləri qardaşlaşacaq”

  • 12.10.2022, 10:11, Baxış sayı:
  • 315
İlham Əliyev: “Qırğızıstanın və Azərbaycanın bir çox şəhərləri qardaşlaşacaq”
“Qırğızıstanın və Azərbaycanın bir çox şəhərləri qardaşlaşacaq”.
“Muganinsesi” "Report"a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış mərasimində deyib.
“Mənə və nümayəndə heyətimizin üzvlərinə qardaş Qırğız torpağında göstərilən qonaqpərvərliyə görə bir daha dərin təşəkkürümü bildirirəm. Öz tərəfimdən əmin etmək istəyirəm ki, ortaq köklərə, ortaq mədəni irsə malik olan qardaş xalqlarımızı daha sıx birləşdirməkdən ötrü əlimdən gələni edəcəyəm.
Biz Qırğızıstan Prezidenti ilə birlikdə əlimizdən gələni edəcəyik ki, beynəlxalq təşkilatlarda bundan sonra da dostluğu dəstəkləyək, Qırğızıstan və Azərbaycan bütün sahələrdə - həm iqtisadiyyat, həm investisiya, nəqliyyat, energetika, mədəniyyət sahələrində xalqlarımızın rifahı və ölkələrimizin gələcəyi naminə iki qardaş kimi çiyin-çiyinə irəliləsin”, - deyə Prezident əlavə edib.
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter