• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan və Qırğızıstan arasında dostluq və əməkdaşlıq əlaqələri möhkəmlənir

  • 23.04.2022, 18:28, Baxış sayı:
  • 447
Azərbaycan və Qırğızıstan arasında dostluq və əməkdaşlıq əlaqələri möhkəmlənir

Müstəqilliyin ilk illərində Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər qurulmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri böyükdür. Onun iradəsi sayəsində ölkələrimiz arasında 25 il əvvəl Dostluq və Əməkdaşlıq Haqqında Müqavilə imzalanıb və bu sənəd siyasi-iqtisadi, humanitar əlaqələrin inkişafı üçün dərin təməl qoymuşdu. Məhz Ulu Öndər Heydər Əliyevin başlatdığı və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs güclü Azərbaycan dövlətinin qurulmasını, onun yerləşdiyi bölgənin liderinə, dünyada isə nüfuzlu söz sahibinə çevrilməsini təmin edib.
Azərbaycan Prezdenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovla keçirilən geniş tərkibdə görüş zamanı qeyd etmişdir ki, “Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb. Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik”.
Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstan öz dəstəyini göstərib, həmçinin, BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində çox yaxın əlaqələr mövcuddur.
Prezident İlham Əliyev Qırğızıstanla iqtisadi münasibətlərin iki əsas istiqamətdə inkişaf etdiriləcəyini vurğulayıb. Bunlardan biri nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı, digəri isə kənd təsərrüfatı sektorundan əməkdaşlıq imkanlarıdır.
Dövlət başçımızın bəyan etdiyi kimi bizim aramızda əsil qardaşlıq var, tam qarşılıqlı anlaşma var və hər bir məsələdə daha dərin strateji təmaslar quracağıq.
Cənab İlham Əluyev Şuşa ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə Qırğızıstana təşəkkürürünü bildirmişdir.

Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd
tam orta məktəbinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter