• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan Prezidenti: “Biz Türkiyə ilə həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik”

  • 14.05.2022, 20:35, Baxış sayı:
  • 315
Azərbaycan Prezidenti: “Biz Türkiyə ilə həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik”
“Bu gün də biz bir yerdəyik, Qarabağın inşasında bərabər, çiyin-çiyinə çalışırıq”.
Muganinsesi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə Rize-Artvin Hava Limanının açılışındakı çıxışında deyib.
Dövlət başçısı deyib ki, bir çox Türkiyə şirkətləri, o cümlədən bu gözəl Rize-Artvin Hava Limanını inşa edən şirkət də Qarabağda inşaat işləri ilə məşğuldur: “Minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın inşası ilə bağlı öz işini görür, öz sözünü deyir”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir: “Ölkələrimiz çox böyük sınaqlardan keçib. Keçən il bizim tarixli və qədim şəhərimiz Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter