• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ərdoğan: “Şuşa Bəyannaməsi yeni dövrdə Türkiyə-Azərbaycan münasibətləri üçün yol xəritəsini müəyyənləşdirir”

  • 15.06.2021, 22:27, Baxış sayı:
  • 519
Ərdoğan: “Şuşa Bəyannaməsi yeni dövrdə Türkiyə-Azərbaycan münasibətləri üçün yol xəritəsini müəyyənləşdirir”
“Qardaşım İlham Əliyevlə bir az əvvəl keçirdiyimiz görüşdə münasibətlərimizi təkrar dəyərləndirmək imkanımız oldu”.
APA-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, qarşıdakı aylarda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası Türkiyədə keçiriləcək.
Türkiyə Prezidentinin sözlərinə görə, iki ölkə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə 1 aprel 2021-ci il tarixdən etibarən qarşılıqlı səfər edə bilirlər: “Bu addım qarşılıqlı münasibətlərimizi asanlaşdıraraq bizləri bir-birimizə daha da yaxınlaşdıracaq. İkitərəfli ticarətimizdə son dövrlər önəmli addımlar atdıq. Türkiyə-Azərbaycan arasında tərcihli ticarət anlaşması 1 mart 2021-ci ildə qüvvəyə mindi. Ticarət dövriyyəmizi 2023-cü ildə 15 milyard dollara çatdırmaq hədəfimizə doğru addım-addım irəliləyirik. Bir çox şirkətimizin Azərbaycanda önəmli sərmayələri var. SOCAR başda olmaqla Azərbaycan şirkətlərinin Türkiyədəki sərmayələri bizi məmnun edir. Sadəcə, Türkiyədə deyil, lazım olsa, SOCAR-la TPAO-nun üçüncü ölkələrə də sərmayə qoyması məsələsini qardaşımla bərabər müzakirə etdik. İnşallah, bunun da üzərində ayrıca çalışırıq, çalışacağıq. Qarşıdakı dövrdə ticarət və iqtisadi əməkdaşlığımızın əhatəsini daha da genişləndirəcəyik. Azərbaycanla Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP kimi nəhəng layihələri bərabər tamamladıq. Bu layihələr ölkələrimizlə birlikdə bütün bölgənin rifahı və istiqrarına fayda verir”.
Ərdoğan qeyd edib ki, TANAP layihəsi ilə Türkiyə üzərindən keçən Azərbaycan təbii qazı Avropa bazarlarındakı yerini alıb: “Dəyərli qardaşımın da ifadə etdiyi kimi, “tək millət, iki dövlət”in təməlində yüksəltdiyimiz münasibətlərimizi daha da yüksək səviyyəyə aparacaq yeni bir tarixi addım atdıq. Bu münasibətləri bundan sonrakı dönəmdə daha da gücləndirəcəyik və yolumuza davam edəcəyik”.
Türkiyə Prezidenti diqqətə çatdırıb ki, bu gün imzalanan Şuşa Bəyannaməsi ilə münasibətlərin yeni dönəmdəki yol xəritəsi müəyyən edilib: “Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi bir çox məsələləri əhatə edir. Bundan sonra gələcəkdə bir çox addımları atarkən burada artıq sadəcə iki ölkəni deyil, bütün bölgəni əhatə edən bir qətiyyət əksini tapacaq”.
/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter