• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezident: “Füzuli aeroportu Qarabağın hava qapısıdır”

  • 29.08.2021, 18:47, Baxış sayı:
  • 307
Prezident: “Füzuli aeroportu Qarabağın hava qapısıdır”
“Füzuli beynəlxalq hava limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir. Qabaqda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində artıq hava limanı demək olar, açılışa hazırlaşır”.
“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanış olarkən deyib.
“Hava limanının inşası bu il başlayıb və mən demişdim ki, bu il Füzuli beynəlxalq hava limanı istifadəyə veriləcək. Bəlkə də dünyada heç bir hava limanı bu cür sürətli templə tikilməmişdir. Uçuş-enmə zolağı da artıq hazırdır. Burada son tamamlanma işləri aparılır. Bir də qeyd etmək istəyirəm – bu il mən hava limanının təməlini qoydum. İndi isə artıq gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır”, - deyə Azərbaycanın dövlət başçısı bildirib.
Qeyd edək ki, dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter