• 11:00 – “Zəngəzur dəhlizinin açılması barədə razılığa gəldik” - İlham Əliyev 
  • 10:40 – İlham Əliyev Brüsseldən bütün dünyaya ELAN ETDİ: Ermənistan... 
  • 15:33 – ABŞ Prezidenti Cozef Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib 
  • 15:19 – Şuşada 3 ölkənin parlamentarilərinin iclası keçirilir 
  • 15:03 – İlham Əliyev Brüsselə işgüzar səfərə gedib 

Dövlət başçısı: "Biz doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq"

  • 11.05.2022, 12:40, Baxış sayı:
  • 115
Dövlət başçısı: "Biz doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq"
"Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq".
Muganinsesi.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Şuşa şəhərində etdiyi müraciətində bildirib.
Dövlət başçısı deyib:
"Bu gün Qarabağ dirçəlir. Bu gün Füzulidə və Şuşada bir neçə tədbirdə iştirak etmişəm. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik.
Bu gün mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq".
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter