• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bərpa və quruculuq işləri - Şuşa artıq dirçəlir...

  • 16.05.2021, 18:11, Baxış sayı:
  • 608
Bərpa və quruculuq işləri - Şuşa artıq dirçəlir...
Vətən müharibəsi başa çatandan sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunan torpaqlarda bərpa və quruculuq işlərinə başlanılıb. Bu proses hazırda Şuşa şəhərində də davam etdirilir. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılıb. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib. Prezident İlham Əliyevin mayın 7-də imzaladığı sərəncama əsasən, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mayın 12 və 13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçirildi.
Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.
32 ildən sonra Cıdır düzündə keçirilən budəfəki “Xarıbülbül” musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuşdu.
Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilən, xalq mahnıları və klassik musiqidən ibarət proqramlar da təşkil olunmuşdu.
Beləliklə, əziz Şuşamız azaddır və günü-gündən dirçəlir. Biz bu qədim Azərbaycan şəhərinə əbədi olaraq dönmüşük!
Nəcibə QASIMOVA ,
Sabirabad rayon
Qeydiyyat Şöbəsinin rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter