• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezident İlham Əliyev: "İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərində ABŞ şirkətlərini də görmək istərdik”

  • 03.07.2021, 16:30, Baxış sayı:
  • 319
Prezident İlham Əliyev: "İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərində ABŞ şirkətlərini də görmək istərdik”
“Bildiyiniz kimi, keçən il 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmuş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin edilib”.
APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə ünvanladığı təbrik məktubunda qeyd edib.
Dövlət başçısı qeyd edib ki, münaqişənin başa çatması bölgədə yeni geosiyasi reallıq yaradıb, davamlı sülh, iqtisadi dirçəliş və regional əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırıb: “Hesab edirəm ki, ABŞ yaranmış reallığa uyğun olaraq Azərbaycan ilə Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verə bilər. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz bu prosesdə tərəfdaş qismində ABŞ şirkətlərini də görmək istərdik”.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter