Robert Köçəryan: “Dörd ayda Ermənistanı 80 min nəfər həmişəlik tərk edib”
- 05.06.2021, 08:18, Baxış sayı:
- 448
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryan ölkəsini tərk edən vətəndaşların sayının kəskin artması barədə danışıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata əsasən, Köçəryan cümə günü Ermənistanın Sevan şəhərində tərəfdarları ilə görüşü zamanı bu mövzuya toxunub.
O, bildirib ki, son bir neçə ayda ölkəni tərk edərək geri qayıtlmayanların sayı kəskin şəkildə artıb. Dörd ay ərzində mənfi saldo 80 min nəfər təşkil edib. Bənzər göstəricilər Ermənistanda 90-cı illərin əvvəllərində qeydə alınıb. Bu isə artıq depopulyasiya, yəni qaçış adlanır.
/Muganinsesi.az/