Azərbaycanda koronavirusa yoluxanların sayı minə çatdı - Kəskin artım
- 16.03.2021, 17:42, Baxış sayı:
- 495
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 241 651 koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 370 nəfər müalicə olunaraq sağalıb, 3 298 nəfər vəfat edib, aktiv xəstə sayı 6 983 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 453, ötən müddət ərzində isə ümumilikdə 2 726 470 test aparılıb. /Muganinsesi.az/