Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
- 28.05.2021, 11:38, Baxış sayı:
- 406
Facebook
Вконтакте
Одноклассники
Google+
Birinci vitse-prezident Mehriban Əliyeva 28 May-Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində paylaşdığı təbrik mesajında deyilir:
"Əziz həmvətənlər!
Sizi 28 May – Respublika Günü münasibətilə təbrik edirəm, hər birinizə ən xoş arzularımı çatdırıram!
Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!
Vətən uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm. Sizin hər birinizə möhkəm cansağlığı, səadət, xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!".