Mehriban Əliyeva xalqımızı təbrik etdi
- 20.11.2020, 20:11, Baxış sayı:
- 572
Facebook
Вконтакте
Одноклассники
Google+
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə paylaşım edilib.
“Muganinsesi.az”-ın məlumatına görə, paylaşımda deyilir:
"Əziz həmvətənlər,
Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"