Sualı verən: Rauf QARAYEV, iqtisadçı
Cavablandıran: AMB-nin "Nağd pul departamenti"nin direktoru Adışirin QASIMOVSual 1 – Dövriyyədə olan pulların sayı?Cavab: 05.12.2023-cü il tarixinə dövriyyədə 312 mln. ədəd kağız, 614 mln. ədəd metal pul
nişanları mövcuddur.
Sual 2 – Nə qədər qəpik buraxılıb (ay ərzində)?Cavab: Noyabr ayı ərzində Mərkəzi Bank tərəfindən (bundan sonra - AMB) dövriyyəyə
2,597 min ədəd metal pul nişanları məxaric edilmiş, 2,074 min ədəd mədaxil edilmişdir. Beləliklə,
xalis emissiya 523 min ədəd təşkil etmişdir.
Sual 3 – Kağız pul əskinaslarının sayı nə qədərdir?Cavab: Noyabr ayı ərzində AMB tərəfindən dövriyyəyə 39,883 min ədəd kağız pul nişanı
məxaric edilmiş, 39,470 min ədəd isə mədaxil edilmişdir. Beləliklə, xalis emissiya 413 min ədəd
təşkil etmişdir.
Sual 4 – 1, 3, 5, 10, 20, 50 nominalında olan qəpiklər nə qədərdir (ay ərzində)?
Sual 5 – 1, 5, 10, 20, 50, 100, 200 nominalında olan pul banknotlarının (manatın ay ərzində
sayı)?
4-cü və 5-ci suallara cavab aşağıdakı cədvəllərdə verilib:Sual 6 – Digər sualım banknotların keyfiyyəti ila bağlıdır. Qeyd edim ki, bəzi pul banknotları
var ki, daha tez sıradan çıxır. Misal üçün yeni 10 manatlıq əskinasın üstündə olan zərli xətt öz
keyfiyyətini itirən kimi, e-manat aparatlarl bu əskinası qəbul etmir. Bir çox vətəndaşlar əskinasların
keyfiyyətindən narazıdırlar və bunu bizlərə söhbət zamanı qeyd edirlər. Sualım odur ki, Mərkəzi
Bank tərəfindən bununla bağlı hər hansı monitorinqlər aparılırmı?Cavab: - 10 manatlıq əskinasla bağlı bildirmək istərdik ki, məsələ müvafiq ödəniş
terminallarına xidmət göstərən təşkilatlarla araşdıracaqdır.
Mərkəzi Bank dövriyyədə olan pul nişanlarının yüksək səviyyədə saxlanılmasını daim diqqət
mərkəzində saxlayır. Bu məqsədlə banklar tərəfindən ATM-lərə yüklənən pul nişanlarının
keyfiyyətinin yoxlanılması üçün monitorinqlər aparılır, eləcə də vətəndaşların Mərkəzi Banka pul
nişanlarının keyfiyyəti ilə bağlı şikayətləri təhlil edilir.