• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Dövlət orqanından şablon cavab

  • 12.09.2023, 13:52, Baxış sayı:
  • 583
Dövlət orqanından  şablon cavab
Dövlət orqanından  şablon cavab















Salam. Dövlət vergi xidmətinin sayıtında illər üzrə hesabatlar tapa bilmədim. Məni maraqlandıran sual isə mənzillərin kirayəsi ilə bağlıdır. Ödəmə mənbəyinddən tutulan gəlirlərin (manatla), nə qədər hissəsi mənzillərin kirayəsi ilə bağlıdır? Misal üçün mətbuta açıqlamada qeyd edirsiniz ki, dövlət büdcəsinə 11 milyard 231.2 milyon manat vergi daxil olub. Amma statistik açıqlama verilmir. Suallarım aşağıdakılardı:
Ötən il və bu ilin son 7 ayına nə qədər şəxs kirayə mənzil vermək üçün vergi uçotundan keçib?
Ötən il və bu ilin son 7 ayına nə qədər şəxs kirayə mənzil verdiyi üçün dövlət büdcəsinə vəsait ödəyib?
Qeyd edim ki, sualları verməkdə məqsəd, bu sahədə maarifləndirmə işi aparmaqla bağlıdır.
Rauf QARAYEV, iqtisadçı



2317020125428400
11.09.2023
raufgarayev83@gmail.com
Rauf Qarayevə

Müraciətə baxılması barədə

Keçən il və bu ilin son 7 ayına qədər mənzil kirayə vermək üçün nə qədər şəxsin vergi uçotundan keçməsi və həmin fəaliyyətlə bağlı dövlət büdcəsinə vəsaitin ödənilməsi ilə bağlı 24.08.2023-cü il tarixli müraciətinizə (AVİS qeydiyyatı: 24.08.2023-cü il tarixli 2317010081988800 nömrəli) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır.

Bildiririk ki, qeydiyyata alınmış vergi ödəyiciləri barədə say və vergi daxilolmaları ilə bağlı məlumatlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) yerləşdirilmişdir.

Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin Sənədlərlə iş və icra intizamına
nəzarət (Katiblik) baş idarəsinin rəisi,
baş vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə


Göründüyü kimi şəkildə yalnız ümumi daxilolmadır. Verilən sualın cavabı bağlı heç bir qeyd yoxdur. Bu o deməkdir ki, Vergi orqanı suala protokol xatirinə cavab verib.

Dövlət orqanından  şablon cavab

Rauf QARAYEV, iqtisadçı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter