Dövlət statistika komitəsinin qeydlərinə əsasən istehlak məhsullarının və əhaliyə göstərilən ödənişli xidmətlərin orta illik qiymətləri kirayə mənzil haqqı
2018-ci ildə 94,26 manat,
2019-cu ildə 99,26 manat,
2020-ci ildə 100,35 manat,
2021-ci ildə 108,82 manat,
2022-ci ildə isə 125,67 manat olub.
Ayrı-ayrı xidmətlərin qiymət indekslərində əvvəlki aya nisbətən:
2023-cü ilin yanvar ayında 100,9 faiz,
fevral ayında 101,0 faiz,
mart ayında 100,5 faiz
aprel ayında 100,6 faiz
may ayında 100,8 faiz
iyun ayında 100,3 faiz
iyul ayında 100,3 faiz olub.
Aylar üzrə qiymət faizinə nəzər yetirdikdə burda qeyri stabillik var. Yəni fevral ayında yanvar ayına nisbətən 0.1 faiz artım var, mart ayında isə fevral ayına nisbətdə 0.5 faiz azalma var. İyul ayında iyun ayına nisbətən dəyişklik yoxdur.
Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər hesabatında qeyd olunur ki, 2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin daxilolmalarının 9181,4 milyon manatı vəya 59,3 faizi vergi orqanlarının xətti ilə olub.
Dövlət Vergi Xidmətinin mətbuatda yaydığı məlumata əsasən 2023-cü ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 11 milyard 231,2 milyon manat vergi daxil olub.
Təəssüf olsun ki, Dövlət Vergi Xidməti yalnız hesabatında bu rəqəmlə kifayətlənir. Qurumun saytına daxil olduqda statistik hesabatda yalnız daxil olmanı görmək olur. Amma bu daxilolmalar hansı vergi növündən olub, bununla bağlı qeyd yoxdur. Bunu öyrənmək üçün quruma aşağıdakı sual ünvanlanıb. Amma qurumdan bu günə kimi, bununla bağlı açıqlama məktubu elektron ünvana daxil olmayıb.
Yekunda onu demək olar ki, yay aylarında kirayə verilən mənzillərin qiymətində o qədər də, artım müşahidə olunmur.
Rauf QARAYEV, iqtisadçı