• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Dünyada iş məsafədən idarə edilir, bizdə isə ofisdən

  • 16.08.2023, 14:10, Baxış sayı:
  • 694
Dünyada iş məsafədən idarə edilir, bizdə isə ofisdən
Əmək Məcəlləsinə təklif edilən və işçilərin xeyrinə olan məsələ haqqında 2019-ci ildə qeydlər var idi. Hətta yadımdadır, həmin il Naxçıvan Dövlət Universiteti və Naxçıvan Maliyyə Nazirliyinin Maliyyə Tədris Mərkəzinin dəstə ilə, çap olunmuş və müəlliflərin biri olduğum kitabda, bu barədə geniş izahları da etmişdim. Mətbuatda da bu barədə saysız, hesabsız çıxışlar da etmişdim. Dünya praktikasından nümunələr də gətirmişdim. Dəyişiklik qanunu qüvvəyə mindikdən sonra Əmək Məcəlləsinə əsasən işçisinin öz evində, habelə distant (məsafədən) iş vəya tele iş formasında işləməsinə icazə veriləcəkdir. Əmək Məcələsinin 55-ci maddənin birinci abzası birinci hissəsinə belə bir aşağıdakı məzmunda 2-ci hissə əlavə edilcəkdir:
. Əmək funksiyalarının işçinin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilir.
Üstündən 4 il keçib, amma dəyişklik hələ də olunmayıb. Bundan əlavə başqa dəyişkliklərdə gözlənilirdi. Avropaya inteqrasiya etsək də, hələ XX əsrdə sovet sisteminin qalıqlarından çıxmamışıq. Hələ də, 2020-ci ildə dünyanı pandemiya caynağına alsa da, distans işin bəzi sahələr üçün (proqramlaşdırma və sair) nə qədər effektiv olduğunu, bir çox orqanlar isə indiki halda onlayn işə keçsə də, bank işləri üçün banka getmədən məsafədən bu işi aparmaq mümkün olsa da, Əmək Məcəlləsində hələ də bu dəyişklik öz əksini tapmayıb. Baxmayaraq ki, 4 ildi bəzi şirkətlər üçün bu pilot layihə kimi təcrübədən keçib. Bəs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı niyə Milli Məclisə müraciət etmir? Vaxt isə gedir. Bu vaxt bizi, inteqrasiyadan çox geri ata bilər. Digər post sovet ölkələri bizdən çox irəlidə olsalar, artıq gərək özümüzü bu baxımdan Afrika ölkələri ilə müqayisə edək.
İqtisadçı, Rauf QARAYEV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter