Milli Məclis “Anım” və “Zəfər” günlərinə görə TOPLANIR
- 07.12.2020, 04:01, Baxış sayı:
- 500
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasında Anım Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.
“Muganinsesi.az” xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah videkonfrans formatında keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Əmək Məcəlləsinə təklif edilən 106.1 maddəyə (Azərbaycan Respublikasında Anım Günü) əsasən, hər il sentyabrın 27-i Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.
Əmək Məcəlləsinə Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı da dəyişiklik ediləcək.