• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Günahkar kimdir? Satan yoxsa istehsal edən?

  • 14.08.2023, 14:28, Baxış sayı:
  • 562
Günahkar kimdir? Satan yoxsa istehsal edən?
2022-ci ildə Qida Təhlükəsizlik İnstitunun əməkdaşlarının elmi məqaləyə əsasən tez xarab olan qənnadı məhsullarının daşınması 6 dərəcə C-dək temperaturda və xüsusi nəqliyyat vasitələrində həyata keçirilməlidir. Məhsulların saxlanılma rejimini xarakterizə edən əsas göstəricilər havanın temperaturu və havanın nisbi rütubəti, sanitar-gigiyenik şərtlər, işıqlandırma və otaqların havalandırılmasıdır. Məhsulların düzgün yerləşdirilməsi və düzülməsi, eləcə də mal qonşuluğu prinsipinə riayət edilməsi zəruridir.
Karamel, halva 18 dərəcə C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 faizdən çox olmamaqla saxlanılmalıdır. Saxlanma rejimi pozulduqda halvadan yağ axır, acılaşır, xoşagəlməz dad və qoxu duyulur. Havanın nisbi rütubətinin artması da yağın axmasına səbəb olur. Şokoladı isə 18 dərəcə C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 faizdən çox olmamaqla quru, təmiz, yaxşı havalandırılan, anbar zərərvericiləri ilə yoluxmayan, birbaşa günəş işığı düşməyən yerdə saxlamaq lazımdır. 50 qram və daha çox kütləsi olan şokoladın markalanmasında isə əsas komponentlərin tərkibi mütləq göstərilməlidir.
Eyni zamanda məhsullar üçün müəyyən edilən yararlılıq müddəti də vacib faktorlardan biridir. Son istifadə tarixi keçmiş şokolad məhsulları xarab ola, bəzi çeşidləri isə qurdlana bilər. Buna görə də məhsul qablaşdırmaları hava daxil olmayacaq şəkildə tam bağlı olmalıdır. Açıq qablaşdırmadakı məhsula rütubət daxil olduğu üçün boyatlayacaq və xarab olacaq. Xüsusilə yol kənarlarındakı satış köşkləri, qəsəbələrdə yerləşən kiçik mağazalarda əksər hallarda qida məhsullarının saxlanılma qaydalarına riayət olunmur.
Misal olaraq rastlaşdığım bir nümənini sizlərə təqdim edirəm. Sabirabadda yerləşən "Al Market" mağazasına daxil olaraq bir neçə məhsul aldım. Mağazada kondisioner işləyirdi. Kassa hissəsində endirimdə ollan Nuttiva kakolu fındıq kremi satılırdı. Satıcı məsləhət gördü ki, bu mal alın, endirimdədir. Mal mənə tanış gəlirdi, çünki qış ayında bu məhsulu alıb istifadə etmişəm. Malı alıb evə aparıb, məhsulu açdıqdan sonra, saxlanma müddətinin 2025-ci ilə kimi olsa da, içindəki yağın şokolladan ayırlması və dadının təmamilə acı olması onu göstərdi ki, artıq məsələ ilə bağlı, satış aparan marketlər şəbəkəsinə müraciət edim. Eyni anda istehsalçı Türkiyənin Samsun şəhərində yerləşən fabrikə də müraciət etdim. Müraciət edilməsinə baxmayaraq satış aparan "Al Marketin" baş ofisindən cavab olmadı. Yəni şikayət göndərildi və sosial şəbəkə üzərində baxış göstərildiyi işarəsi olsa da, bu şikayət nəzərə alınmadı. Amma istehsalçı gec də, olsa cavab verdi. Şəkildəki görünür ki, istehsalçı əlaqə saxlamaq üçün telefon nömrəsini də istəyib. Amma artıq gec idi. İstehsalçıdan imtina etmişdim. Yəni onun məhsulundan. Səbəb onlarda qeydlərdə operativliyin olmamasıdır. Görünən odur ki, istehsalçı niyə onun məhsulu bu vəziyyətdə olduğu maraqlı olsa da, satış aparan mağazaya bu maraqlı deyil. Saxlanma şəraiti ilə bağlı bu hallar çox olur. Belə ki, yay aylarında dondurma məhsulların saxlanma şəraiti ilə bağlı, istehsalçının nümayəndəsi ilə, mağaza sahibi ilə mübahisələrə da rast gəlmişəm. Dondurmanın soyuducusu mağazada yer olmadığında, açıq günəş olan yerə qoyulur, üzərinə onun günəş şüalarından qorunması üçün örtük sərilmir, mağaza sahibinin göstərişi ilə, elektrik sayğacın çox yazmaması üçün soyuducular ara bir söndürülür və ya işıq söndükdə, mağazanın generatoru ola-ola onu qoşmurlar. Nəticədə bunlar hamısı saxlanma şəraitinə təsir edir. Bəzi hallarda biz günahkar olaraq, problemi istehsalçıda görərək, yanlış qərarlar vermiş oluruq. Düzdür dəfələrlə hallar olur ki, istehsalçı da günahkar olur, misal üçün istehsalçını məhsulun çəkisində aldadır və ya məhsulun üzrəndə olan qeydlər məhsula uyğun gəlmir, istehsal tarixində yanlışlığa yol verir, üstündə məhsulun 10 ədəd yazır, amma içində 9 və 8 ədəd olduğu üzə çıxır və sair. Amma indiki misalda görünən odur ki, günahkar satış aparan mağazadır. Məhsulun belə zay olmasına baxmayaraq, hətta mağazaya işçilərinə səhəri gün irad bildirməyimə baxmayaraq vəziyyət dəyişməmişdir. Həmin məhsulu satıb qurtarıb, digər şokoladları endirimə qoyaraq satırdılar. Belə halda digər alıcıların rəyini bilməsəm də, bəlkə də onlar etiraz ediblər amma faydası olmayıb, amma iqtisadçı olaraq bu qeydləri etməyə özümə bir vətəndaşlıq borcu hesab edirəm. Sonda Azərbaycan Respublikası Prezidentinin 5 may 2022-ci ildə imzaladığı "Qida Təhlükəsizliyi" haqqında qanununa nəzər yetirək. Qeyd edim ki bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 20-ci və 26-cı bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində insanların, həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.
Qanunun 1.1.31 maddəsində qeyd edilir. Yararlılıq müddəti - saxlanma şərtlərinə əməl edilməklə, qida məhsullarının qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə uyğunluğunun tam saxlanılması müddəti;
Maddə 10.2. qeyd edilir ki, aşağıdakı hallarda qida məhsulları təhlükəli hesab edilir:
10.2.1. qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə indiki, habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) dövrdə zərərli olduğuna dair sübutlar olduqda;
10.2.2. qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması, habelə tərkibindəki maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmaması səbəbindən istehlak üçün yararsız olduqda;
10.2.3. qida məhsullarının tərkibində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla qadağan olunmuş inqrediyentlər aşkarlandıqda.
Bu qeydlərə royi mütəxəssis baxımından Qida Təhlükəsizliyi Agentliyi verməlidir, amma görünən odur ki, yuxarda qeyd olunan məhsulun zay olması üçün heç rəyə ehtiyac yoxdur.
Qanun 36 maddəsində qeyd olunur ki, "Qida Təhlükəsizlik" haqqında qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.

Rauf QARAYEV, iqtisadçı


Günahkar kimdir? Satan yoxsa istehsal edən?
Günahkar kimdir? Satan yoxsa istehsal edən?
Günahkar kimdir? Satan yoxsa istehsal edən?
Günahkar kimdir? Satan yoxsa istehsal edən?
Günahkar kimdir? Satan yoxsa istehsal edən?
Günahkar kimdir? Satan yoxsa istehsal edən?
Günahkar kimdir? Satan yoxsa istehsal edən?
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter