“Əmin Qida Sənaye” MMC-də pozuntular aşkarlanıb
- 06.07.2022, 22:59, Baxış sayı:
- 438
Facebook
Вконтакте
Одноклассники
Google+
AQTA şəkər tozu və qənd məhsullarına dair monitorinq keçiribQida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən növbəti monitorinq çərçivəsində şəkər tozu və qənddə kükürd dioksid (SO2) miqdarının müəyyən edilməsi ilə bağlı Agentliyin regional bölmələri tərəfindən ticarət şəbəkələrindən 33 istehsalçıya məxsus ümumilikdə 67 nümunə götürülüb.
AQTA-dan verilən xəbərə görə, nəticələrə əsasən, nümunələrin 7-də kükürd dioksid aşkarlanmayıb, 36-da SO2-nin kütlə payı beynəlxalq təcrübədə müəyyən edilmiş normaya (15 mq/kq) uyğun olub, 24 nümunədə (12 istehsalçı üzrə) kükürd dioksidin kütlə payı normadan artıq olub.
Bununla əlaqədar sınaq nəticəsində uyğunsuzluq aşkarlanmış 6 müəssisədə (“Bolluq” MMC, “Aysu Qida Sənaye LTD” MMC, “Əmin Qida Sənaye” MMC, “Şam Fi İnternational Trading Company” MMC, “Şüvəlan Şirniyyat” ASC və fiziki şəxs Qəmbərov Rauf Rəfi oğlu) yoxlamalar keçirilib.
Sabirabad rayonunda fəaliyyət göstərən “Əmin Qida Sənaye” MMC-də aparılan yoxlama zamanı müəssisənin müxtəlif istehsalçı müəssisələrdən alınan qəndlərin qablaşdırılması ilə məşğul olduğu müəyyən olunub. Yoxlama çərçivəsində sözügedən partiyanın ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı qərar qəbul edilib. Eyni zamanda hazır məhsullardan təkrar nümunələr götürülərək müayinə məqsədilə laboratoriyaya təqdim edilib.
Qeyd edək ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün AQTA tərəfindən bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir və bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.