• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ətin qiyməti qalxmaqda davam edir. Səbəb? - TƏHLİL

  • 22.06.2023, 11:36, Baxış sayı:
  • 284
Ətin qiyməti qalxmaqda davam edir. Səbəb? - TƏHLİL
Dövlət statistika komitəsinin 2019-cu il üçün mal ətinin istehsalı 137,9 min ton, qoyun və keçi əti 85.3 min ton, 2020-ci ildə 143,1 min ton, qoyun və keçi əti 87 min ton, 2021-ci ildə 145 min ton, qoyun və keçi əti 87.7 min ton təşkil etmiş. Göründüyü kimi üç il ərzində kəsilmiş çəkidə ət istehsalı artım tempi ilə gedir. 2019-cu ildə inəklər və camışların sayı 1279,1, 2020-ci il 1278,2, 2021-ci ildə 1280,5, 2022-ci ildə 1288 min baş, 2019-cu ildə qoyun və keçilərin sayı 8304,1, 2020-ci ildə 8189,2, 2021-ci ildə 8089,7, 2022-ci ildə 7899,7 min baş qeyd olunub. Burada inək və camışların sayında artım var əsasən inəklərdə bunu müşahidə etmək olar, qoyun və keçilərin sayında azalma müşahidə olunur. İl ildən kiçik buynuzlu heyvanların sayı azalır. Ən çox ət istehsalı iqtisadi rayonlar üzrə Quba-Xaşmazdır. Bura Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayonları aiddir. Bu rayonlar içində ən çox istehsal Siyəzən və Şabran rayonlarının üzərinə düşür. Ümumilikdə digər iqtisadi rayonları iki dəfə üstələyir. 2019-cu ildə 48527 ton, 2020-ci ildə 48309 ton, 2021-ci ildə 49785 ton kəsilmiş şəkildə ət istehsalı olub. Azalma 2020-ci ildə olsa da, 2021-ci ildə burada artım müşahidə olunub. Ən çox inək və camışların sayı Mərkəzi Aran iqtisadi rayonundadır (Bura daxildi Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonları). 2019-cu ildə 169491, 2020-ci ildə 168656, 2021-ci ildə 170785 baş inək və camış olub. Yenə də 2020-ci ildə düşmə, 2021-ci ildə qalxma müşahidə olunur. Qoyun və keçilərin sayında lider iqtisadi rayon Qazax-Tovuzdur (Bura: Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz rayonları aiddir). Qoyun və keçilərin sayında azalma müşahidə olunur. 2019-cu ildə 10004468, 2020-ci ildə 991173, 2021-ci ildə 974155 baş qoyun və keçilər bu rayonda qeydə alınıb.
Ətin qiymətinin stabil qalması üçün və qalxmaması üçün 2 faktor önəmlidir. Yem qiymətinin aşağı olması və saxlanma şəraiti. Əgər bunların hər ikisi olmazsa və ya biri olub digəri olmazsa qiymət başlayır qalxmağa.
Əvvəllərdə qeyd etdiyim kimi son zaman ətin qiyməti mal ətinin 16 manat, qoyun ətinin 18 manat qalxması bu iki faktorla əlaqələndirmək olar. Rayon yerlərinə baxsaq inəklərin, qoyunların saxlanması üçün şərait yoxdur. Misal üçün bəzi rayonlarda inəkləri rayon mərkəzlərində görmək olur. Halbu ki, vaxtı ilə inəkləri naxıra aparırdılar və rayon mərkəzlərində öz başına inək, qoyun gəzən görmək olmurdu. Buna ciddi nəzarət var idi. Nəticədə biz görürürük saxlanma şəraiti olmadığına və ya iflic vəziyyətdə olduğu üçün rəqəmlərdə də qeyri stabillik müşahidə olunur. Əsasən bunu kiçik boynuzlu heyvanlarda görmək olar. Otlaq sahələri kifayət deyil. Demək saxlanma şəraiti zəif olduğundan, insanlar artıq bundan imtina etməyə başlayırlar və ölkədə rəqəmlərdə göründüyü kimi azalma baş verdikdə qiymət artımı qaçılmazdır. Digər yemlərin baha olması. Nə qədər yemin qiyməti bahadır, demək o qədərdə saxlanmaya daha çox pul xərclənir. Baxmayaraq ki, dövlət tərəfindən vergi baxımından güzəştlər mövcuddur. Demək qiymət amilinə təsir edən faktorlardan da biri yemin baha olmasıdır. Bura digər faktorları əlavə etmək olar. Əgər paytaxtda ətin qiyməti süni artırsa, o halda bu regionlara da təsir edir. Əgər təlabat artırsa, təklif azdırsa bu da qiymət artımına təsir edir. Monopoliya movcuddursa və monopolist bazara qiyməti diqtə edə bilirsə bu da qiymət artımına təsir edir. Əhali baxımında bazara daxil olsaq görərik ki, daha çox ucuz olsun deyə quş ətinə üstünlük verilir. Demək qiymət artımına əsas təsir edən tələb deyil. Əsasən monopoliyanı burada ön plana çəkmək lazımdır. Bununla mübarizə aparılsa da, tam effektini vermir. Düzdür əlavə bura infilyasiya faizlərini də qeyd etmək olar. Digər malların qiyməti artırsa və qəssabın qazancı yalnız ətdirsə o da məcburdu ətin qiymətini artırsın. Hesab edirəm ki, əgər istək varsa, çıxış yolu da var. Sadəcə düzgün istiqamət götürüb işləmək lazımdır. Problemin üzərinə gedərsən, problem həll olunar. Getməzsən daha da böyüyər. Bununla məşğul olan aidiyyatı qurumlara sözüm odur ki, mətbuatda qeyd olunan tövsiyələri nəzərə alın. Əks halda məsələ öz oxundan çıxa bilər.
Rauf QARAYEV, iqtisadçı.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter